Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib. Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı bacısı qızına qarşı təcavüz cinayətində şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.
Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.













