26 May 2026

Rusiya ordusu gecə Ukraynaya iki "İsgəndər"lə zərbə endirib, ölənlər var

Rusiya Silahlı Qüvvələri mayın 26-na keçən gecə Ukraynaya iki "İsgəndər-M" ballistik raketi, 122 zərbə və imitasiya pilotsuz uçuş aparatı ilə hücum edib.

Ukrayna mediasının verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri 111 dron vurub, hazırda hücum davam edir.

Məlumata görə, iki "İsgəndər-M" ballistik raketi Rusiyanın Rostov vilayətindən və işğal altında olan Krımdan buraxılıb.

Qolumu arxadan qandallayıb, “Fələstin halqası” işgəncə metodunu tətbiq etməklə koridorda məni sürüməyə başladı

Meydan TV içi üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre təcridxanadan yazır:

Saxlanıldığım kameranın pəncərəsindən baxanda qarşı divarda çərçivəyə salınmış “NOT TO TORTURES” yazısını görürəm. İlk dəfə görəndə ingiliscə yazılmasını dərk etməmişdim.

Sən demə beynəlxalq təşkilatların monitorinq qrupunun gözünə kül üfürmək üçün belə bir addım atıblar. Əslində isə reallıq tam fərqlidir. Elə o yazının altında işgəncəyə məruz qalmışam.

Ayətullah Xameneidən hacc mesajı: “Yeni regional nizamı İslam ümməti formalaşdıracaq”

İranın ali rəhbərliyi adından həcc zəvvarlarına ünvanlanan müraciətdə bildirilib ki, İslam dünyası və region xalqları ortaq maraqlar və imkanlar əsasında gələcək regional və beynəlxalq düzənin formalaşmasında rol oynaya bilər.

Müraciətdə İslam ölkələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

AFFA Misli Premyer Liqasında çıxış edən bir neçə kluba ciddi intizam cəzaları tətbiq edilib.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mayın 22-də XXXIII tur çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" qarşılaşmasından sonra kənar şəxslərin meydançaya daxil olması səbəbindən "kimyaçılar" 2 min 500 manat məbləğində cərimələnib. 

Avropa Məhkəməsi blogerin ədalətli məhkəmə hüququnun pozulduğunu tanıyıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal, bloger Əbdül Əbilov ilə bağlı qərarını elan edib. Vəkil Fariz Namazlının yaydığı məlumata görə, iş ərizəçinin 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə aid olub.

Azərbaycanın milyonlar qazanacağı liman niyə bombalandı?

ABŞ ordusu İranın cənubundakı bir neçə hədəfə zərbə endirib.

Məlumatı Fox News ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokinsə istinadən məlumat yayıb:

"ABŞ ordusu bu gün İranın cənubunda özünümüdafiə məqsədilə qüvvələrimizi İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün zərbələr endirib. Hədəflər arasında raket buraxılış məntəqələri və İran qayıqları da var idi".

Rusiya yeni hücum təhlükəsi ilə əlaqədar əcnəbiləri və diplomatları Kiyevi tərk etməyə çağırır

Rusiyanın 2022-ci ildən bəri Kiyevə edilən ən ağır hücumlardan birinin ertəsi günü Moskva xarici vətəndaşları və diplomatları Ukrayna paytaxtını tərk etmələri barədə xəbərdar etdi və hücumlarını yavaşlatmayacağını bildirdi.

Rusiya Kiyevdə yaşayan xarici vətəndaşları və diplomatları şəhəri tərk etməyə çağırdı. Moskva Ukrayna paytaxtına və "qərar qəbuletmə mərkəzlərinə" daha çox hücum planlaşdırdığını xəbərdar etdi.

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3185-ə çatıb

Son 24 saat ərzində ölkənin cənub və şərq bölgələrində İsrailin hava hücumları zamanı azı 34 livanlı həlak olub, daha 62 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan mülki şəxslərin ümumi sayı 3185-ə çatıb, 9633 nəfər yaralanıb", - nazirliyin açıqlamasında deyilir.

Alleqri "Milan"dan qovuldu

"Milan" futbol klubu Massimiliano Alleqrini baş məşqçi postundan qovub.

Bu barədə futbol insayderi Nikolo Skira məlumat yayıb.

Mayın 24-də "Milan" İtaliya çempionatının 38-ci turunda "Kalyari"yə 1:2 hesabı ilə uduzub və Çempionlar Liqasında oynamaq şansını əldən verib. 2026/2027 mövsümündə Milan təmsilçisi UEFA Avropa Liqasında çıxış edəcək.

Ərəfə günü nədir və nə vaxt qeyd olunur?

Ərəfə günü İslam təqviminə görə Zilhiccə ayının 9-cu gününə təsadüf edir və Qurban bayramından bir gün əvvəl qeyd olunur. Bu gün həcc ibadətini yerinə yetirən zəvvarlar Məkkə yaxınlığındakı Ərəfat bölgəsində toplanaraq dua, zikr və ibadətlə məşğul olurlar.

“Ərəfə” sözü “tanımaq”, “dərk etmək” mənalarını daşıyır və mənəvi baxımdan insanın həm özünü, həm də Yaradanı daha dərindən dərk etməsi ilə əlaqələndirilir.

ABŞ İrana hücum həyata keçirib

İranın cənubundakı Bəndər Abbas liman şəhərində partlayış baş verib. Bəndər Abbasdakı partlayışlardan sonra Sirik və Cask bölgələrində də partlayışlar baş verdiyi bildirilib.

İranın yarı-rəsmi Fars Xəbər Agentliyi partlayışların səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilmədiyini bildirib.

Partlayışlardan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Fox News-a Amerika qüvvələrinin İranın cənubunda hava hücumları həyata keçirdiyini təsdiqləyib.