06 April 2026

Almaniyada Azərbaycan səfirliyi önündə “Hicaba Azadlıq” aksiyası keçirilib

Aprelin 6-da Müsəlman Birliyi Hərəkatının (MBH) Avropa Nümayəndəliyi Berlində Azərbaycan səfirliyi önündə etiraz aksiyası keçirib. Aksiya Azərbaycanda təhsil müəssisələrində tətbiq olunan hicab qadağası, hicablı şagirdlərin məktəbə buraxılmaması və onların təhsil hüququndan məhrum edilməsinə etiraz olaraq baş tutub.

“Fənərbağça” derbinin qalibi oldu

Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda derbi matçı keçirilib.

“Fənərbağça” evdə “Beşiktaş”ı qəbul edib. Görüş “sarı-lacivərdlilər”in minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qola Kərəm Aktürkoğlu imza atıb. O, 90+11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə çatdıran "Fənərbağça" 2-ci, “Beşiktaş” isə 52 xalla 4-cü sırada yer alıb.

Amnesty International Trampın İranın mülki obyektlərini hədəfə alma ilə bağlı təhdidlərini kəskin şəkildə pisləyib

Amnesty International ABŞ prezidenti Donald Trampın İranın mülki obyektlərini hədəfə alma ilə bağlı təhdidlərini kəskin şəkildə pisləyib. Təşkilat bu açıqlamaları “iyrənc və qəbuledilməz” kimi qiymətləndirib.

Təşkilatın baş katibi Aqnes Kallamard bildirib ki, bu cür bəyanatlar beynəlxalq hüququn açıq şəkildə pozulmasına işarə edir və ciddi nəticələr doğura bilər.

Həzrət Abbas (ə) Ziyarətgahından İrana humanitar yardım

Həzrət Abbas (ə) Ziyarətgahından İrana humanitar yardımlar yola salınıb.

Məlumata görə, artıq 690 ton qida və 20 ton tibbi məhsullar dolu 38 humanitar yük maşını İrana göndərilib.

Böyük mərcə təqlid Ayətullah Sistani İraq xalqına müraciət edərək İran və Livan xalqına humanitar yardım göndərilməsini tövsiyə etmişdi.

“Tubzon”da məhkumlardan orada qalmaq üçün pul tələb olunduğu iddia edilir

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (“Tubzon”) saxlanılan məhkumlardan orada qalmaq üçün müxtəlif məbləğlərdə pul tələb olunduğu iddia edilir.

Bu barədə 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Anar Vəliyev yaxınları vasitəsilə “Abzas Media”ya məlumat verib. Onun sözlərinə görə, “Tubzon”da saxlanıldığı müddətdə müxtəlif bəhanələrlə ondan pul alınıb.

BMT-nin xüsusi məruzəçiləri Ülviyyə Əli ilə bağlı Azərbaycan hökumətinə müraciət göndərib

Birləşmiş Millətlər Təşkilatının (BMT) üç xüsusi məruzəçisi həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) ilə bağlı Azərbaycan hökumətinə müraciət göndərib. 

Bu barədə Ü.Əlinin yaxınları məlumat yayıb. 

Yanvarın 16-da göndərilmiş müraciəti qadınlara və qızlara qarşı zorakılıq üzrə xüsusi məruzəçi Rim Əlsəlem, fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçi İrine Xan və hakimlərin və vəkillərin müstəqilliyi üzrə xüsusi məruzəçi Marqarit Satertveyt imzalayıb. 

Rusiya dronlarla Odessada yaşayış binasını vurub, 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyaya məxsus dron Ukraynanın Odessa vilayətində çoxmərtəbəli binaya çırpılıb.

Hadisə nəticəsində biri uşaq olmaqla üç nəfər həlak olub, on nəfər isə yaralanıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır, iki yaşlı uşaq və 17, 18 yaşlı yeniyetmələr də daxil olmaqla səkkizinin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

ABŞ-İsrail İrandakı muzeyləri və tarixi obyektləri bombalayır

ABŞ və İsrail İranda tarixi və mədəni obyektlərə qarşı hücumlar həyata keçirir.

Tehran Şəhər Şurasının Türizm və Mədəni İrs üzrə Komitəsindən məsələ ilə bağlı məlumat verilib.

Qeyd edilib ki, İslam Respublikasının fərqli-fərqli bölgələrində yerləşən ən azı 130 muzey, tarixi bina və mədəniyyə obyekti ABŞ-İsrail zərbələrinə məruz qalaraq zərər görüb.

Əlavə edlib ki, təkcə paytaxt Tehranda 66 abinə aqressiyaya məruz qalıb.