05 April 2026

İraqa məxsus neft tankeri Hörmüz boğazından keçib

İraqa məxsus neft tankeri Hörmüz boğazından keçib.

Bu barədə “Al Jazeera“ məlumat yayıb.

Məlumata görə, İraq xam nefti ilə yüklənmiş tanker İran sahillərinə yaxın ərazidə Hörmüz boğazından keçərkən müşahidə olunub.

“Marine Traffic” izləmə sisteminə görə, “Ocean Thunder” gəmisi bir qədər əvvəl Oman körfəzinə gəlib.

"Liverpul"dan 12 ildən sonra antirekord

"Liverpul" bu mövsüm 15 oyunda məğlub olaraq antirekord müəyyənləşdirib.

Ötən gün Arne Slotun komandası İngiktərə Kubokunda "Mançester Siti"yə 0:4 hesabı ilə uduzub.

"Opta"-nın hesablamasına görə, bu, mersisaydlıların Brendan Rocersin (18) rəhbərliyi altında 2014/15 mövsümündən bəri ən pis göstəricisidir. Anoloji hal Yurgen Kloppun rəhbərliyi altında heç vaxt baş verməyib.

İran ordusu ABŞ-ın ikinci C-130 təyyarəsini vurub

İran tərəfindən vurulan ABŞ Silahlı Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin sayı ikiyə çatıb.

İran mediasının xəbərinə görə, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü bildirib.

Onun sözlərinə görə, ABŞ ordusunun iki C-130 hərbi nəqliyyat təyyarəsi və iki “Black Hawk” helikopteri İran HHM qüvvələri tərəfindən vurulub.

Həşdu-Şabi bölməsinə hücum edilib

Həşduş-Şabinin 45-ci Briqadasına edilən hücumda bir nəfər həlak olub, dörd nəfər yaralanıb.

İraq Xalq Səfərbərlik Qüvvələri (Həşduş-Şabi) şənbə günü Əl-Cəzirə Əməliyyatlar Sektoruna daxil olan 45-ci Briqadanın Qaim rayonundakı sərhəd keçidində hücuma məruz qaldığını açıqlayıb.

Təşkilat hücum nəticəsində Həşdu-Şabinin bir üzvünün öldürüldüyünü və Müdafiə Nazirliyinin bir əməkdaşı da daxil olmaqla dörd nəfərin yaralandığını bildirib.

Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü: İran və İraq eyni cəbhədəyik

Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İraqın Hörmüz boğazında tətbiq olunan bütün məhdudiyyətlərdən azad edildiyini açıqlayıb.

Sözçü açıqlamasında İran xalqının mübarizədə tək olmadığını bildirərək deyib: "Biz meydanda ön cəbhədə olsaq da, İraqın şərəfli və müsəlman xalqının dəstəyi və qətiyyətli mövqeyi bizimlədir. Bu dəstək mübarizə əzmimizi artırmağa davam edir."

Avropada "kölgə ordusu" xaosu – Qitə qorxu içindədir

Yaxın Şərqdə davam edən genişmiqyaslı müharibə fonunda Avropanın mülki obyektlərinə-sinaqoqlara, yəhudi məktəblərinə və ABŞ-a məxsus banklara qarşı silsilə hücumlar başlayıb.

"Financial Times" (FT) nəşri bu hücumların arxasında cəmi bir ay əvvəl peyda olan "Əshab əl-Yəmin" (Sağ tərəfin adamları) adlı gizli qruplaşmanın dayandığını yazıb.

Qəzzada 48 saatda 2 şəhid və 25 yaralı qeydə alındı

Qəzza zolağının Səhiyyə Nazirliyi son 48 saat ərzində davam edən hücumlar nəticəsində 2 nəfərin şəhid olduğunu, 25 nəfərin isə yaralandığını açıqlayıb.

Nazirlik bildirib ki, vəziyyət hələ də ağır olaraq qalır və bəzi yaralılar və həlak olan şəxslər dağıntılar altında qalmağa davam edir.

Rəsmi məlumata görə, bir sıra ərazilərdə təcili yardım və mülki müdafiə qrupları zərərçəkənlərə çata bilmir.

İraqdan genişmiqyaslı İrana dəstək aksiyaları keçirilib

İraqın paytaxtı Bağdadda və ölkənin müxtəlif şəhərlərində ABŞ və sionist rejimin İrana qarşı hücumlarına etiraz olaraq kütləvi aksiyalar keçirilib. Minlərlə insan Müqtəda əs-Sədrin çağırışına cavab verərək meydanlara çıxıb.

Etirazçılar xüsusilə Bağdadın Təhrir meydanında toplaşaraq hücumlara qarşı narazılıqlarını ifadə ediblər.

Məlumata görə, nümayişlərə qatılanlar yalnız paytaxtdan deyil, İraqın müxtəlif bölgələrindən gəlib.

Əfqan Sadıqov Azərbaycana deportasiya olunub

Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.