03 April 2026

“Abzas Media işi”: ‘Azərbaycanda məhkəmələr İlham Əliyevin hakimiyyətini qorumağa xidmət edir’

Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.

“Abzas Media”-nın xəbərinə görə, aprelin 3-də hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər - jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.

Nəşrin qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.

Yunan gəmiləri Türkiyə üzərindən İsrailə yanacaq və sursat daşıyır

Qəzzada soyqırım davam edərkən, İsrailin hərbi texnikasını işlədən təchizat xəttinin Türkiyədən keçdiyi aşkarlanıb. Ceyhanda yüklənmiş milyonlarla barel neft və Elbit Sistemləri üçün nəzərdə tutulan vacib hərbi sursat saxta marşrutlar və deaktiv edilmiş izləmə cihazları vasitəsilə gizli şəkildə İsrail limanlarına boşaldılır.

Yunanıstan gəmiçilik şirkətlərinin İsrailə gizlicə neft, kömür və hərbi sursat daşıdığı aşkarlanıb.

Putinin Paşinyana ultimatumu: Ermənistan AB və ya Rusiya arasında seçim etməlidir

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan 1 aprel 2026-cı ildə Moskvada Kremldə görüşdülər.

Kremldəki görüş zamanı Rusiya Prezidenti Ermənistana açıq şəkildə xəbərdarlıq edərək, İrəvana Avropa Birliyi və Rusiya arasında seçim etməli olduğunu bildirdi. Lakin Ermənistanın Baş naziri ölkəsindəki siyasi prosesin Ermənistan xalqı tərəfindən demokratik şəkildə aparıldığını söylədi.

Əli Kərimlinin mühafizəçisinə 6 il 3 ay cəza: "Tələb edirdilər ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə görüşməsi barədə ifadə verim"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi olmuş partiya fəalı Novruz Tağıyev 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

Aprelin 3-də baş tutan məhkəmə prosesində o son sözlə çıxış edib. “Azadlıq radiosu”nun məlumatına görə, Tağıyev bildirib ki, azadlığa buraxılmasından ötrü onun qarşısına şərt qoyulub və Əli Kərimlinin əleyhinə ifadə verəcəyi halda, həbsdən çıxa biləcəyi deyilib:

İtaliyada Fələstinli məhbusları hədəfləyən "ölüm cəzası qanunu"na etiraz edildi

İtaliyanın şimalındakı Milanda İsrailin Fələstinli məhbusları hədəf alan ölüm cəzası qanununa etiraz olaraq nümayiş keçirilib.

Yüzlərlə insan şəhər mərkəzindəki Duomo Katedralının yaxınlığında toplaşıb Fələstin bayraqlarını dalğalandıraraq bu həftənin əvvəlində İsrail Knesseti tərəfindən təsdiq edilmiş və Fələstinli məhbuslar üçün ölüm cəzasını tətbiq edən mübahisəli qanuna etiraz ediblər.

Ayətullah Sistaninin dəstəyilə Minabda şəhid uşaqların xatirəsinə məktəb tikiləcək

Böyük təqlid müctəhidi Ayətullah Sistaninin göndərdiyi nümayəndə heyəti İranın Minab şəhərinə səfər edib.

Heyət ABŞ/İsrail hücumu nəticəsində şəhid olan uşaqların ailələri ilə görüşərək onlara mənəvi dəstək göstərib.

Şəhid ailələrinə yardım çatdıran nümayəndə heyəti, həmçinin 168 qız uşağının həlak olduğu məktəbin onların xatirəsinə yenidən inşa ediləcəyini bildirib.

Çempionlar Liqası: "Barselona"nın qadın komandası "Real"ı üstələyərək yarımfinala yüksəlib

Çempionlar Liqası: Barselonanın qadın komandası Realı üstələyərək yarımfinala yüksəlib

Qadınlar arasında UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Barselona" "Real"ı mübarizədən kənarlaşdırıb.

Kataloniya kollektivi "Kamp Nou"da "Kral klubu"nu 6 cavabsız qolla üstələyərək yarımfinala adlayıb.

Beləliklə, iki matçın nəticəsinə görə "Barselona" 12:2 hesablı qələbə qazanıb.

Yəməndən İsrailin Yaffa rayonundakı hədəflərə raket hücumu olub

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı İsrailə qarşı əməliyyat həyata keçirdiyini açıqlayıb.

Yerli media xəbər verir ki, hərəkat İsrailin Yaffa rayonundakı hədəflərə qarşı İran və “Hizbullah”la birlikdə hücum təşkil etdiyini bildirib.

Husilərin liderləri bəyan ediblər ki, onlar mərhələli şəkildə döyüşlərə qoşulur və vəziyyətə uyğun cavab verməyə davam edəcəklər.

Həbsdə olan iqtisadçı Baş Prokurorluğa müraciət edib: “Vəkillərim qanunsuz şəkildə prosesdən kənarlaşdırılıb”

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan iqtisadçı Fazil Qasımov Baş prokurorunun birinci müavini Elçin Məmmədova müraciət ünvanlayaraq cinayət işi üzrə ciddi qanun pozuntularına yol verildiyini bildirib.

Qasımov iddia edib ki, cinayət işinin materiallarında yer alan müdafiəçidən imtina ərizəsindəki imza ona məxsus deyil və sənəd onun tərəfindən yazılmayıb. Onun sözlərinə görə, həmin ərizə üçüncü şəxs tərəfindən hazırlanaraq imzalanıb:

İran ABŞ-a məxsus növbəti F-35 qırıcısını vurduğunu açıqlayıb

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-a məxsus qırıcının vurulduğunu açıqlayıb.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı ölkənin mərkəzi bölgələri üzərində vurularaq qəzaya uğrayıb.

Qeyd olunub ki, bu, SEPAH-ın müasir hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib.

Dünya liderləri İran münaqişəsinə görə həyəcan təbili çalır

Dünya ölkələri liderləri Yaxın Şərqdə gedən hərbi münaqişə nəticəsində qlobal iqtisadiyyata dəyən ziyanla bağlı həyəcan təbili çalır. 

Britaniya baş naziri Kir Starmer aprelin 1-də keçirdiyi mətbuat konfransında ABŞ və İsrailin İrana qarşı apardığı hücumlara ölkəsinin qoşulmayacağını deyib. 

O, münaqişənin Britaniyaya da dolayı yolla təsir etdiyini etiraf edib.

Drektor məcbur örtünməyən şagirdləri dərsə buraxılacağını desə də...

Tədris müəssisələrində 2026-cı ilin başlanğıcı ilə qadağalarla üzləşən hicablı şagirdlər artıq günlərdir ki, təhsildən məhrum olub. Azərbaycanın müxtəlif kənd və rayonlarında drektorların qadağası bu gün yüzlərcə qız uşağını bağlı məktəb qapıları arxasında qoyub. Əlaqədar təşkilatlar isə hələ ki, məsələyə susqun və gözləmə mövqeyindədirlər.