02 April 2026

Milli Müdafiə Nazirliyi Perinçekə qarşı "İsrail təyyarəmizi vurdu" iddiası ilə bağlı cinayət işi açdı

Milli Müdafiə Nazirliyində (MSB) keçirilən həftəlik brifinq iclasından sonra Nazirlik jurnalistlərin suallarına cavab olaraq açıqlama yayıb.

Bəyanatda həmçinin Azərbaycan-Gürcüstan sərhədində C-130 təyyarəsinin vurulması və nəticədə Azərbaycandan qayıdan 20 əsgərin ölümü ilə bağlı məlumat da yer alıb.

Perinçekin İddiasına görə: "Siz hesabatı gizlədirsiniz. İsrail təyyarəmizi vurub və 34 zabitimizi şəhid edib."

İranda səfərbərlik dalğasına 6 milyondan çox şəxs qoşuldu

İranda ölkə torpaqlarının müdafiəsinə hazır olduqlarını bəyan edən vətəndaşların sayı qısa müddətdə rekord həddə çatıb.
ABŞ və İsrail tərəfindən İranın adalarına və sərhədlərinə qarşı səsləndirilən təhdidlərlə eyni vaxtda başladılan "Canfəda" milli kampaniyasına qoşulanların sayı artıq 6 milyon nəfəri ötüb.

Həsrət Cəfərov Azərbaycan idmançılarının reytinq siyahısında liderdir

Azərbaycan idmançılarının 2026-cı il aprel ayı üçün reytinq cədvəli açıqlanıb.

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahıya yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.

Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (440 xal) üçüncüdür.

Rəsmi Tehran Hörmüz boğazından istifadə etmək istəyən ölkələri İranla müqavilə bağlamağa çağırıb

Rəsmi Tehran Hörmüz boğazından istifadə etmək istəyən ərəb, Avropa və Asiya ölkələrini İranla müqavilə bağlamağa çağırıb.

İran mediasının xəbərinə görə, bunu hökumətin İnformasiya Şurasının sədri İlyas Həzrəti televiziyada çıxışında deyib.

Hammud: İsrail yenidən məzhəb kartı oynayır, yəqin 2006-cı ili unudub

ABŞ-İsrail təcavüzü ümmətə və İrana qarşı hərbi, siyasi və iqtisadi səviyyələrdə davam edərkən, Livanlı sünni alimi Mahir Hammud tarixi və mədəni aspektə də diqqət çəkib.

Müqavimət Alimləri Birliyinin rəhbəri Mahir Hammud mövcud müharibədə Livan və regiondakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Məhkəmə Tofiq Yaqublu barədə yekun qərar verdi

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmə bu gün yekun qərarını açıqlayıb.

Məhkəmə T.Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, T.Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəmnəsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub. Apellyasiya instansiyası hökmü dəyişdirmədən təsdiqləyib.

Ukrayna Ufaya dronlarla hücum edib, neft emalı zavodunda yanğın olub

Ukrayna Başqırdıstan Respublikasının paytaxtı Ufaya dronlarla hücum edib. PUA hücumu nəticəsində neft emalı zavodunda yanğın baş verib. Daha bir PUA-nın hündürmərtəbəli binaya çırpıldığı bildirilib.

Başqırdıstan rəhbəri Radi Xabirov Ufadakı neft emalı zavoduna dron hücumu barədə məlumatı təsdiqləyib.

ABŞ-nin itirdiyi MQ-9 tipli PUA-ların sayı 16-ya çatıb

ABŞ hərbi qüvvələri İranın mərkəzində yerləşən İsfahan yaxınlığında daha iki “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatını (PUA) itirib. Bununla da ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar dövründə itirilən bu tip aparatların ümumi sayı 16-ya çatıb.

Bu barədə CBS News adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadla məlumat yayıb.