12 February 2026

“Liverpul” minimal hesabla qələbə qazandı

İngiltərə Premyer Liqasının 26-cı turunda növbəti oyun keçirilib.

“Liverpul” səfərdə “Sanderlend”lə qarşılaşıb və minimal hesabla (1:0) qalib gəlib. Oyunun yeganə qolunu 61-ci dəqiqədə Vircil van Deyk vurub.

Bu qələbə ilə “Liverpul” 42 xal qazanaraq turnir cədvəlində altıncı yerə yüksəlib. 36 xalla “Sanderlend” isə 11-ci yerdədir.

İsrail ordusu Livanı növbəti dəfə hədəfə alıb

İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubundakı iki şəhərə pilotsuz təyyarə və artilleriya hücumları həyata keçirib.

İsrail 2024-cü ilin noyabr ayında Livanla əldə edilən atəşkəs razılaşmasını pozmağa davam edir.

Livan rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail ordusunun pilotsuz təyyarəsi Livanın cənubundakı Bilida şəhərində bir evi hədəfə alıb.

2025-ci ildə Azərbaycanın turizm gəlirləri azalıb: 6 illik bağlı sərhədlər sektoru zəiflədib

Hər hansı bir ciddi arqument olmadan uzun bir dövr ərzində ölkəyə giriş-çıxışın ciddi şəkildə məhdudlaşdırılmasının əvəzini turizm sektoru ödəyir. Artıq altı ildir quru sərhədləri bağlı saxlanması göstərir ki, hökumətin turizmi iqtisadiyyatın prioritet sektorlarından biri elan etməsi kağız üzərində bəyanatlardan başqa bir şey deyil.

ABŞ qoşunları Suriyadakı Ət-Tanf hərbi bazasını tərk edib

ABŞ qoşunları Suriyanın şərqindəki Ət-Tanf hərbi bazasını boşaldıb və orada yerləşən qoşunları İordaniyaya köçürüb.

Bu barədə "Reuters" və "AFP" məlumat yayıb.

Qeyd olunub ki, amerikalılar son iki həftə ərzində hərbi texnikanı çıxarıblar və hazırda Suriya hərbi bölmələri həmin hərbi bazada yerləşdirilir.

ABŞ Nümayəndələr Palatası Trampın Kanadaya tətbiq etdiyi tariflərin ləğvini təsdiqlədi

Altı Respublikaçı qanunverici Demokratlara qoşularaq 219-a qarşı 211 səslə tarifləri blokladı. Trampın qanun layihəsinə veto qoyması gözlənilir.

ABŞ Nümayəndələr Palatası çərşənbə günü Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi tariflərin ləğvi üçün səs verdi ki, bu da Ağ Evin gündəliyinə nadir hallarda edilən bir etiraz idi.

Altı Respublikaçı qanunverici Demokratlara qoşularaq tarifləri blokladı və nəticədə 219-a qarşı 211 səslə yekun səsvermə oldu.

AŞB-la görüşdən sonra Netanyahu: “İranla danışıqların davam etdirilməsini təkid etdim”

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı bir görüşün olduğunu və iki ölkə arasında möhtəşəm münasibətlərin davam etdiyini deyib.

Bu barədə o, “Truth” sosial mediasında yazıb.

“Razılaşmanın əldə edilib-edilməyəcəyinə baxmaq üçün İranla danışıqların davam etdirilməsini təkid etdim.

Ayətullah Cavadi Amulinin "Yeni Texnologiyalar, Media və Süni İntellekt" mövzusunda sualları cavablayıb

Ayətullah Cavadi Amuli "yeni texnologiyalar, media və süni intellekt" mövzusunda sualları cavablandırıb.

1- Bəzən tərcüməçilər və yazıçılar müəllif hüquqları ilə qorunan əsərləri naşirin və ya müəllifin icazəsi olmadan tərcümə edir və ya yenidən nəşr edirlər. Müəllif hüquqları qanunlarının məcburi olmadığı ölkələrdə bu, İslam qanunlarına görə icazəlidirmi?

Türkiyə XİN başçısı: ABŞ İranın uranı məhdud həcmdə zənginləşdirməsinə razılıq verməyə hazırdır

ABŞ və İran nüvə razılaşması üzrə kompromislərə getməyə hazırdır və Vaşinqton Tehranın uran zənginləşdirməsini tamamilə dayandırmaq tələbindən imtina edə bilər.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “Financial Times” qəzetinə müsahibəsində deyib.

Fidanın sözlərinə görə, amerikalılar, görünür, İranın uranı zənginləşdirməsinə müəyyən məhdudiyyətlər daxilində icazə verməyə hazırdır.

Kiyev kütləvi raket və PUA hücumuna məruz qalıb

Kiyev kütləvi raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücuma məruz qalıb.

Bu barədə "Ukrinform" agentliyi Kiyev meri Vitali Kliçko və şəhər hərbi administrasiyasının nümayəndəsi Timur Tkaçenkonun "Telegram" kanallarına istinadla məlumat yayıb.

Məlumata görə, paytaxtın bir neçə rayonunda zərbələr qeydə alınıb.

Son məlumata əsasən, iki nəfər xəsarət alıb.

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub

Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olunub.

Deportasiya gecə saatlarında baş tutub.

G.Hacıbəyli hələlik istintaqa cəlb olunmayıb, barəsində hər hansı qətimkan tədbiri yoxdur.

Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb.