11 February 2026

Penitensiar Xidmət hələ də problemə laqeyiddir

Təcridxanada ağır şəkər xəstəliyi ilə mübarizə aparan Elgiz Məmmədovun vəziyyəti təhlükəli olaraq qalır. Yüksək şəkər xəstəsi olan Elgizin tibbi müayinəyə və dəqiq müalicə dərmanlarına ehtiyacı olduğu halda, 2 saylı Bakı İstintaq Təcridxanası ona yalnız yüngül dərmanlar verməklə kifayətlənir. Nəticədə şəkərin pik həddə yüksəlməsi gəncin sağlamlığını ciddi təhlükə altına alıb.

İranda İslam İnqilabının 47-ci ildönümü qeyd edilib

22 Bəhmən yürüşlərində geniş iştirak

İranda İslam İnqilabının 47-ci ildönümü – 22 Bəhmən münasibətilə ölkə üzrə kütləvi yürüşlər keçirilib. Paytaxt Tehran başda olmaqla bir çox şəhərdə təşkil olunan tədbirlərdə milyonlarla insan iştirak edib.

Yürüşlər dövlətin ali rəhbərliyinin iştirakı ilə baş tutub və genişmiqyaslı siyasi nümayiş xarakteri daşıyıb. Rəsmi dairələr tədbirləri xalqın inqilab ideallarına sadiqliyinin göstəricisi kimi dəyərləndiriblər.

“Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırıldı

Misli Premyer Liqasının XIX turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, mövsümdə ilk dəfə sülhə imza atan (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmayıb.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. Sonrakı 21 matçda 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

Nəcəf şəhərində “Şeyx Tusinin İrsi” konfransı

İraqın Nəcəf Elmi Mərkəzlərinin min illik yubileyi münasibətilə Nəcəf ilk elmi tədbirə ev sahibliyi edəcək. “Şeyx Tusinin İrsi” adlı konfrans, bu böyük alimin İslam və Qərb düşüncəsinə təsirini yenidən araşdırmaq məqsədi daşıyan akademik və tədqiqatçıların iştirakı ilə iki gün ərzində keçiriləcək.

Konfrans, Həzrət Abbasın (ə) mübarək ziyarətgahında “Şeyx Tusinin İslam və Qərb düşüncəsindəki elmi irsi: Müasir düşüncələr və baxışlar” adı altında keçiriləcək.

Şeyx Əli əl-Xətib: “Şiəlik fanatizm deyil, İslamın qoruyucusudur”

Livan Şiə İslam Ali Şurasının vitse-prezidenti şiəliyin heç vaxt fanatik olmadığını, əksinə, məzhəbləri ilə birlikdə İslamı, İslam icmasını və İslam ümmətini qoruduğunu vurğulayıb.

O, Seyyid İbrahim Yusif Murtəzanın vəfatı münasibətilə Deyr Qan Rənin əl-Əyn Hüseyniyyəsində keçirilən anım mərasimində çıxışı zamanı bunu söyləyib. Mərasimdə alimlər, siyasi, ictimai və mədəni xadimlər və ictimaiyyət iştirak edib.

İsrailə neft satışı ilə bağlı iddiaları Venesuela təkzib etdi

Venesuelanın İsrailə xam neft göndərməsi xəbəri beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurub. Bloomberg və digər mənbələr bildirib ki, Venesuela ABŞ-ın nəzarəti altında neft satışı siyasəti çərçivəsində təxminən altı ildən sonra ilk dəfə İsrailin ən böyük neft emalı şirkəti olan Bazan Group-a neft göndərməyə başlayıb.

Bu göndərmə 2020-ci ildən bəri ilk dəfədir və əməliyyatın gizli şəkildə aparıldığı, tankerlərin limanlara yaxınlaşdıqca tez-tez rəqəmsal izləmə sistemlərindən yoxa çıxdığı bildirilib.

“Oskar” alan Hollywood aktyoru İslam mədəniyyətindən ilham aldığını açıqladı

“Oskar” mükafatlı Hollywood aktyoru Mahershala Ali verdiyi müsahibələrdən birində İslam mədəniyyəti və dəyərlərinin onun dünyagörüşünə və sənətə yanaşmasına təsir etdiyini bildirib.

Məlumata görə, Mahershala Ali gənc yaşlarında İslamı qəbul edib və bu qərarın onun həyatında mühüm dönüş nöqtəsi olduğunu qeyd edib. Aktyor vurğulayıb ki, İslam mədəniyyətindəki intizam, daxili balans, məsuliyyət və mənəvi dəyərlər onun həm şəxsi həyatında, həm də peşəkar seçimlərində mühüm rol oynayır.

Avstraliyalılar İsrail prezidentinin səfərinə etiraz etdilər

Avstraliyada yüzlərlə şəxs İsrail Prezidenti İsxak Hersoqun ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirib. 

Hadisə paytaxt Kanberrada baş tutub. Belə ki, yüzlərlə insan Parlament binası önünə toplaşıb. 

Etirazlar ölkənin müxtəlif şəhərlərində də davam edib. Melburnda yürüş keçirilib, Sidneydə isə təxminən 6 min nəfərin qatıldığı aksiyada bir neçə nəfər saxlanılıb. 9 şəxs barəsində polisə “müqavimət və göstərişlərə əməl etməmə” maddələri ilə ittiham irəli sürülüb.

Ruhani Faiq Vəlizadə 15 il müddətinə azadlıqdan məhrum edildi

Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı Faiq Vəlizadəyə hökm oxunub. Fevralın 4-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi ilahiyyatçı barəsində Cinayət Məcəlləsinin 274-cü maddəsi (Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etmək) ilə irəli sürülən ittiham aktını araşdırıb.

“İsrail ABŞ-nin idarə etdiyi qeyri-sabit qurumdur”

“İsrail” beynəlxalq hüquqa görə işğalçı dövlətdir

Hizbullahın baş katibi Şeyx Nəim Qasim çərşənbə axşamı Livanın Bəqaa bölgəsinin Brital qəsəbəsində cihad şəhidi Əli Səlhəbin anım mərasimində çıxış edib. O bildirib ki, beynəlxalq hüquq “İsrail”i açıq şəkildə işğalçı dövlət kimi tanıyır, lakin qlobal hegemon güclər işğalı legitimləşdirməyə və Fələstin torpaqlarını qəsb etməyə çalışır.

“Euronews” avtoritar rejimlərdən pul almaqda ittiham olunur: araşdırmada Azərbaycanla əməkdaşlıq da yer alır

“Euronews” telekanalının avtoritar rejimlərlə kommersiya sövdələşmələrindən gəlir əldə etdiyi iddia olunur. “Euractiv”in araşdırmasına görə, bu tərəfdaşlıqlar arasında Azərbaycan, Qazaxıstan və Özbəkistanda qurulan strukturlar da göstərilir.

Araşdırmada bildirilir ki, Avropa İttifaqından aldığı böyük həcmdə subsidiyalara baxmayaraq, illərlə zərərlə işləyən kanal son dövrdə qəfil mənfəətə keçib və bu dəyişiklik jurnalistikadan çox sərt qənaət siyasəti və yeni kommersiya razılaşmaları ilə izah edilir.