21 November 2024

Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Bosniya və Herseqovinanın Sarayevo şəhərində 21 yaşadək idmançılar arasında keçirilən Avropa çempionatında üçüncü yeri tutub.

Operativtv Report-a istinadən xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

54 kq çəki dərəcəsində yarışan milli üzvü bürünc medal qazanıb.

Netanyahunun əsassız iddialarına Hizbullahın Fatih-110 zərbəsi

Benyamin Netanyahu bazar ertəsi günü "İsrail Hizbullahın raket imkanlarının 70-80 faizini məhv edib", iddiasından cəmi 3 saat sonra Hizbullah Fatehlərin raketləri ilə Təl-Əvivi yenidən 110 raketlə hədəflədi. Livan Hizbullahının Təl-Əvivə son raket hücumu nəticəsində şəhərdəki bir binaya ciddi ziyan dəyib. Sionist mediası bu hücumda 5 nəfərin yaralandığını bildirib.

Husilər türk şirkətinə məxsus gəmiyə hücum edib

Yəmən sahillərində türk şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” adlı quru yük gəmisi husilər tərəfindən raket hücumuna məruz qalıb.

Operativtv APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Məlumatda rəsmi Ankaranın bu hücumu pislədiyi, oxşar hadisənin bir daha təkrarlanmaması üçün lazımi addımların atılacağı qeyd olunub.

Gülnoza Said: Azərbaycanda müsbət dəyişikliklərin olması üçün beynəlxalq təzyiq mütləq vacibdir

Dünyanın müxtəlif ölkələrindən rəsmilər Bakıda BMT-nin COP29 iqlim konfransına toplaşdığı vaxt vətəndaş cəmiyyəti qrupları diqqəti Azərbaycanda insan hüquqları ilə bağlı durum və ölkədə ondan çox jurnalistin həbsinə yönəldirlər. COP29 sammitindən öncə Jurnalistləri Müdafiə Komitəsi ondan çox digər təşkilatla birlikdə Avropa liderlərini Azərbaycanda insan hüquqlarının vəziyyətini diqqətlə öyrənməyə çağırıb.

MBH: “Hacı Zülfüqar Mikayılzadə dərhal sərbəst buraxılmalıdır”

Hakimiyyətin siyasi maraqları üçün alətə çevirdiyi xalqın mənəvi və dini düşüncəsinə qarşı təxribat planı bu günlər Rusiyada yaşayan Quran hafizi Hacı Zülfüqar Mikayılzadəni də hədəfinə alıb. İlahiyyatçının məntiqsiz ittihamlarla həbs edilərək Azərbaycana gətirilməyə cəhdi bu hakimiyyəti mənəviyyatımıza, ölkənin əqidə insitutlarını davamlı hədəfə almasına növbəti nümunədir.