Bu bir ildə kimlər qazandı, kimlər uduzdu?

Ötən ilin bu günü HƏMAS-ın başlatdığı növbəti intifazə on illiklərlə Fələstin xalqının canını, malını, torpağıını qarət edən bir rejimin necə qaniçən və vandal olduğunu dünyaya tanıdan çətin bir dönəm keçdi. Öncəliklə hadisənin diqqətə alınan 7 oktyabr 2023-cü il tarixi illərcə İsrail blokadasına alınmış kiçik bir ərazi və mübarizədə əsla pəs etməyən bir xalqın şanlı rəşadətini ölümsüzləşdirdi.
On illikləri arxada qoyan bir zamanlar bu əraziyə köçkün olaraq gətirilən İsrailin qəsbkarlıq siyasəti arxasında gizlənən çoxsaylı qətllərə son intifazə işıq saldı.
Bir il ərzində İsrail Qəzzada 17 000 uşaq, 11 000-dən artıq qadın olmaqla 42 000 fələstinlini şəhid etdi. 100 000-ə yaxın insan ağır, ciddi zədələr alaraq xəsarət yaşadı. Bu mənzərəni sionizmin əraziyə su və qida ehtiyatını tamamilə bağlaması daxil xəstəxanalar belə bombalandı. Rəsmən qəbul olunmuş qaçqın düşərgələri belə heç bir norma tanımadan İsrail tərəfindan alovlara qərq olaraq günahsız insanlar yanaraq kül oldu.
Ölkənin infrastrukturuna dəyən ziyanların rəqəmləri ağlasığmaz mənzərə müqabilində bir Xerosimanı xatırlatdı.
Bütün bunlar tarixin qaniçən tiranını tanıtmaq üçün fələstinlilər tərəfindən atılan mümkün tək və son addım idi. Onun on illiklərdir zülmə məruz qalmasına etdiyi çağırışları bu günün qəzzalısı öz qanı ilə, övladının parçalanmış cənazəsi ilə dünyaya göstərməyə, əməli nümayiş etdirməyə çalışdı. Qəzzanın “Sionizmi bəşəriyyətin vəbasıdır” fəryadı bu bir ilin dünya üçün həqiqətləri qapadan media divarları arasından çıxaraq bütün insanların qulağına yetişəcək yeganə addım onun pak qanı oldu.
Nəticə bəlli bir nöqtəyə çatıb. Amerikanın “demokratik qoruması” altına aldığı İsrail vəhşilyi dünyanın hər bir nöqtəsində nifrət, etiraz və hayqırı ilə qarşılandı.
Bir illik zaman həqiqətində daha sionizm irticası istənilən ölkədə rahat yaşamaq deyil, nəfəs almağın belə həyəcanı ilə daim vəhşətdə olacaq. Harada və necə deyil, mümkün və məhdud bir dünya onların mümkün həyatları üçün tək məkana çevriləcək. Daha heç bir yer əminamanlıq və firavanlıq günəşini israilli üçün parladmayacaq. Bu fələstin körpələrinin qanı, günahsız öldürülən xalqın mübarizəsinin nəticəsi olaraq İsrailin xalqına sionizmin xəyanəti ilə verilən qiymətdir.
Zaman ötdükcə bu bataqlıq İsraili bir az da dərinə çəkməyə davam edəcək. Dünyada ləpələnən vəhşilik-tiranlıq əleyhinə aksiyalar çox çəkməyəcək ki, sionizmi bu pak qanlarda boğaraq öldürəcək.