Bəhreyn həbsxanalarında yüzlərlə məhbus aclıq aksiyasına başlayıb

Ali Xəlifə rejiminin həbsxanalarında olan yüzlərlə məhbus həbsxana şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Ərəb mediasına görə Ali Xəlifə rejiminin həbsxanalarındakı şəraitə etiraz edən yüzlərlə məhbusun aclıq aksiyası davam edir. Bəhreyndə Əl-Vifak Dərnəyi vicdan məhbuslarının aclıq aksiyasına başladığını açıqlayıb. Dərnəyin dərc etdiyi bəyanatda məhbusların ibadətə mane olması və sutkada 23 saat davam edən təcrid səbəbindən açıq tətilə başladığı bildirilir.

Həmçinin həbsxana rəhbərliyinin məhbusların ailələri ilə görüşməsinə özbaşına maneçilik törətdiyi, məhbuslara lazımi tibbi xidmət göstərmədiyi də vurğulanıb. Bildirilib ki, məhbusların insan hüquqları olan təhsilə çıxışı da qadağan edilib. Açıqlamada tətildə iştirak edənlərin sayının yüzlərlə olduğu qeyd edilib.