Böyük təqlid müctəhidi Ayətullah Əl-Üzma Sistani, 4 noyabr BMT-nin baş katibinin nümayəndəsi Dr. Məhəmməd əl-Həsənı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Ayətullah Sistani, Livan və Qəzzadakı fəlakətdən duyduğu kədəri ifadə edərək, dünya cəmiyyətinin buna qarşı mübarizədəki acizliyindən məyus olduğunu bildirib.
Bu ifadələr, Həzrət Ayətullah Sistaninin BMT-nin baş katibinin İraqdakı nümayəndəsi Dr. Məhəmməd əl-Həsənı və onun müşayiət etdiyi heyətlə görüşü zamanı söylənilib.
Ayətullah Əl-Üzma Sistaninin ofisi görüşlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Dr. əl-Həsən, əvvəlcə “İraqdakı BMT nümayəndəliyinin vəzifələri və bu nümayəndəliyin yaxın dövrdə icra etməyi planlaşdırdığı rolu haqqında Ayətullah Sistaniyə qısa məlumat verib”.
Eyni zamanda, Ayətullah Sistani, İraqın hazırda qarşılaşdığı böyük çətinliklərə və xalqın çəkdiyi problemlərə də toxunub.
Digər tərəfdən, o, BMT-nin İraqdakı iştirakını alqışlayaraq, bu təşkilata öz vəzifələrini yerinə yetirməkdə uğurlar arzulayıb.
O, davamında vurğulayıb: “İraqlılar – xüsusilə də ağıllı elita – keçdikləri təcrübələrdən ibrət götürməli və bu təcrübələrin uğursuzluqlarını aradan qaldırmaq üçün əllərindən gələni etməlidirlər. Onlar, ölkələrinin daha yaxşı bir gələcəyinə nail olmaq üçün ciddi şəkildə çalışmalıdırlar; bu gələcəkdə hər kəsin təhlükəsizlik, sabitlik, irəliləyiş və rifah içində olması təmin edilməlidir.”
Ayətullah Sistani, bu məsələnin yalnız ölkəni idarə etmək üçün elmi və praktik proqramların hazırlanması, məsuliyyətlərin verilməsində mükafatlandırma və dürüstlük prinsipinin tətbiqi, xarici müdaxilələrin qarşısının alınması, qanunun aliliyi, silahların yalnız dövlətə məxsus olması və bütün səviyyələrdə korrupsiya ilə mübarizənin həyata keçirilməsi ilə mümkün olduğunu vurğulayıb.
Ayətullah Sistani, regionda gərgin vəziyyəti nəzərə alaraq, Livan və Qəzzadakı fəlakətə olan narahatlığını dilə gətirərək beynəlxalq ictimaiyyətin və onun institutlarının İsrail rejiminin həyata keçirdiyi vəhşi təcavüzlərin qarşısını almaq və ya ən azından mülki əhalini bu faciələrdən uzaq tutmaq üçün effektiv həll yolları tətbiq etməkdə acizliyini dərin kədərlə ifadə edib.
Az.shafaqna.com
Ayətullah Sistani BTM baş katibinin İraqdakı xüsusi nümayəndəsini qəbul edib