Avropa İttifaqı İsrail və Fələstinə çağırış etdi

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Avropa İttifaqı İsrail və Fələstinə gərginliyi azaltmaları ilə əlaqədar çağırış edib.

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin ofisindən verilən bəyanatda deyilir:

“Avropa İttifaqı  və üzv ölkələr İsraildə və işğal altındakı Fələstin torpaqlarında artan gərginliyə görə narahatdır. Şərqi Qüds də daxil olmaqla Qəzza və İordan çayının qərb sahilindəki vəziyyət ciddi narahatlığa səbəb olur. İsrail və Fələstin liderlərinə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların qarşısını almaları ilə əlaqədar çağırış edirik. İsrail yaşayış məntəqələrinin sayını atrırmağı dayandırmalı, məskunlaşanlar tərəfindən törədilən şiddətin qarşısını almalı və günahkarları cəzalandırmalıdır”.

Bəyanatda hərbi əməliyyatların mütənasib və beynəlxalq hüquq normalarına uyğun həyata keçiriləsinin vacibliyi vurğulanıb.

“Qəzza zolağındakı humanitar vəziyyət məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir. Müqəddəs məkanlarla bağlı statusu kvo əvvəlki anlayışlar çərçivəsində və İordaniyanın xüsusi roluna uyğun olaraq qorunmalıdır. Xristianlar, yəhudilər və müsəlmanlar sülh içində  birlikdə yaşaya bilməlidirlər. İki dövlətli həll yolu ilə bağlı siyasi addımın yenidən atılması böyük əhəmiyyət kəsb edir. Yalnız müzakirə edilmiş razılaşma hər kəs üçün təhlükəsizlik olacaq və sülhün əldə olunmasına imkan verəcək”,-deyə bəyanatda vurğulanıb.