ATƏT-in baş katibi Yerevana gedir

ATƏT-in baş katibi Tomas Qreminger bu gün Ermənistana səfər edəcək.

Yerli KİV bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində Tomas Qremingerin xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan və parlamentin spikeri Ara Babloyanla görüşü gözlənilir.