Aİ "Qətər qalmaqalı"ndan sonra korrupsiya ilə mübarizə üçün yeni qanun layihəsi hazırlayır

Avropa İttifaqı (Aİ) Komissiyası ötən ilin sonunda Avropa Parlamentində (AP) baş verən “Qətər qalmaqalı”ndan sonra birlik institutlarında korrupsiyaya qarşı mübarizə tədbirlərini artırmaq üçün qanunvericilik hazırlayıb.

Aİ Komissiyası rüşvətxorluq cinayətləri və cəzalarının təriflərini Aİ təsisatlarında uyğunlaşdırmaqla korrupsiyada iştirak edən əcnəbilərə qarşı sanksiyalar tətbiq edəcək qanun layihəsinin konturlarını açıqlayıb. Qanun layihəsinə əsasən, bütün Aİ ölkələri rüşvətxorluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz varlanma kimi korrupsiya ilə bağlı cinayətlərin təriflərini uyğunlaşdırmaq üçün öz cinayət məcəllələrinə lazımi düzəlişlər etməli olacaqlar.

Avropa Komissiyası bu fikirdədir ki, hüquqi təriflərin və müvafiq həbsxana terminlərinin standartlaşdırılması da transsərhəd araşdırmalara kömək edəcək. Qanun layihəsinin konturunu mətbuata təqdim edən Aİ Komissiyasının Demokratik Dəyərlər üzrə vitse-prezidenti Vera Jourova deyib: "İnsanların demokratiyaya inamını azaldan iki əsas amil var, birincisi vəzifədən sui-istifadə, ikincisi korrupsiyadır. Heç kim AB-də bu mövzuda toxunulmaz deyil. İndi hərəkətə keçməyi vacib hesab edirik."

Aİ rəsmiləri ümumi ağırlaşdırıcı hallara üzv dövlətlərdə məmurlar və hüquq-mühafizə orqanları arasında korrupsiya hallarının, habelə xarici dövlətin adından hərəkət etməyi planlaşdıran halların da daxil edilməsini istəyirlər. Aİ-də qabaqlayıcı tədbirlər dövlət sektorunun aktivləri və maraqların toqquşması haqqında şəffaf hesabatın verilməsini, həmçinin özəl sektorla təmasları və nəzarət üçün effektiv qaydaların yaradılmasını nəzərdə tutur.

Layihəyə əsasən, Aİ hüdudlarından kənarda xüsusi qara siyahı yaradılacaq ki, bununla bağlı korrupsiyada əli olduğu düşünülən əcnəbilərə qarşı sanksiyalar nəzərdə tutulur.

Aİ-nin Eurobarometer sorğu agentliyinin ötən il keçirdiyi sorğu göstərib ki, Aİ üzrə vətəndaşların 68 faizi ittifaqda korrupsiyanın geniş yayıldığına inanır. Bu sorğuya əsasən, Aİ vətəndaşlarının yalnız üçdə biri korrupsiya ilə mübarizə səylərinin səmimiliyinə inanır. Avropa İttifaqı Komissiyasının təklif etdiyi qanunvericilik 27 AB üzvü və AP tərəfindən bəyənildiyi təqdirdə qüvvəyə minəcək.

Dünya çempionatına ev sahibliyi edən Qətərin AP-nin qərarlarına təsir etmək üçün parlamentdə strateji mövqedə olan insanlara külli miqdarda pul və yüksək dəyərli hədiyyələr verməsi ilə bağlı ittihamlar AB-də böyük əks-səda doğursa da, Belçika məhkəmə sistemi istintaq başlatdı. AP-nin 14 vitse-prezidentindən biri olan Kaili və İtaliyanın keçmiş deputatı, İtaliya Articulo Uno Partiyasının üzvü Pier-Antonio Panzeri və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini saxlanılıb.