Millətlər Liqası: Portuqaliya Almaniyanı məğlub edərək finala çıxıb

UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.

İlk oyun günündə Almaniya yığması Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Portuqaliya millisi meydandan qalib ayrılıb.

Pireney yarımadasının təmçilərindən Fransişku Konseyşan və Kriştiano Ronaldo fərqlənib.

Almaniya yığmasının yeganə qolunu Florian Virtz vurub.