İsrail Livana hücum edib

İsrail Livana hücum edib.

İsrail ordusu yaydığı yazılı açıqlamada, Dahiye bölgəsində Hizbullah-a məxsus pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan müəssisələrin yerləşdiyini iddia etdiyi məntəqələrə hava hücumları həyata keçirdiyini bildirib.

Soyqırımçı İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında etdiyi paylaşımda, paytaxt Beyrutun cənubunda yerləşən Hades, Hureyk və Bürc əl-Baracine bölgələrindəki 4 binanın qeyd olunduğu bir xəritə yayımlayıb.
Adraee həmin bölgələrdəki bu 4 binanın Hizbullah-a məxsus hərbi obyektlər olduğunu iddia edib.