Qeyri-ənənəvi təriqətlər - Azərbaycanda gözlənilən təhlükə 3-cü hissə

İyun 2023-cü il

Azərbaycan vətəndaşlarından ibarət sabit bir qrupun, ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, radikalizm və fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçdikləri müəyyən edilib.
Həmin şəxslər Suriyanın İdlib şəhərində yerləşən xüsusi hazırlıq düşərgəsində hərbi təlimlərə cəlb olunaraq, müxtəlif növ odlu silahlardan istifadə qaydalarına yiyələnmiş və sonradan “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişlər.
Başlanmış cinayət işi üzrə həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətmiş 13 nəfər Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyən olunmuş, barələrində beynəlxalq axtarış elan edilmişdir.
Hüquqi yardım mexanizmləri çərçivəsində aparılan birgə tədbirlər nəticəsində həmin şəxslərin xarici ölkə ərazisində gizləndikləri yerlər aşkar edilərək onlar saxlanılmış və Azərbaycana ekstradisiya olunmuşlar.
Həmin şəxslər aşağıdakılardır:
1. Abdullayev Şəmil Töhüd oğlu
2. Ağamətov Murad Əlibala oğlu
3. Quliyev Murad Firudin oğlu
4. Rüstəmov Fərhad İsə oğlu
5. Sultanov Sultan İdris oğlu
6. Hüseynov Nəcməddin Nəzir oğlu
7. Mahmudov Hikmət Sahib oğlu
8. Əliyev Mais Telman oğlu
9. İsmayılov İsmayıl Aydın oğlu
10. Babayev Şəhriyar Rahim oğlu
11. Muradov Hacı Arif oğlu
12. Baxışov Əlövsər Əlisafa oğlu
13. Əsədov İntiqam Şirin oğlu

Hazırda onların barəsində qanunvericiliyə uyğun olaraq müvafiq istintaq tədbirləri davam etdirilir.

Ardı var...