Operativ.tv-nin xarici mediaya istinadən xəbərinə görə ABŞ-ın Nyu-York ştatında keçirilən konfrans zamanı bıçaqla hücuma məruz qalan "Şeytan ayələri" kitabının müəllifi Salman Rüşdinin xəstəxanada müalicə olunduğu bildirilir. O, əməliyyatdan sonra süni nəfəs aparatına qoşulub. Vəziyyəti ağır, lakin stabil qiymətləndirilir.
Hadisə şahidlərinin sözlərinə görə, Nyu-Yorkun Buffalo şəhəri yaxınlığındakı Chautauqua İnstitutunda mühazirə oxumaq üçün səhnəyə çıxan Rüşdi qara geyinmiş maskalı şəxsin hücumuna məruz qalıb. Rüşdi boyun nahiyəsindən yumruq və bıçaq zərbəsi aldıqdan sonra yerə yıxılıb. Hücum edən şəxsin tutulduğu bildirilir. Nyu-York qubernatoru Kathy Hochul bıçaqlanma zamanı çoxlu qan itirən Rüşdinin hələ də sağ olduğunu bildirib və o, lazım olan tibb yardımın aldığını deyib. Kömək etməyə gələnlər arasında Dr. Martin Haskellin Rüşdinin yaralarını ciddi, lakin müalicəsi mümkün kimi qiymətləndirdiyi paylaşılıb.
Hücum edənin şəxsiyyəti də məlum olub, o, 24 yaşlı Hadi Matar olduğu açıqlanıb. ABŞ polisi, Matarın Nyu-Cersi ştatının Fairview rayonunda yaşadığını və hücum planı çərçivəsində Rüşdidən təxminən 7 saatlıq məsafədə, Kanada sərhədi yaxınlığında, Nyu Yorkdakı Chautauqua İnstitutuna getdiyini bildirib. Rüşdinin həm mədəsindən, həm də boynundan ən azı bir dəfə bıçaqlandığı deyilir. FoxNews-da yer alan xəbərə görə, təcavüzkarın üzərindən saxta sürücülük vəsiqəsi götürülüb. Polis Matarın Nyu-Cersi ştatının Fairview şəhərindəki evində axtarış aparıb. Matarın evinin yerləşdiyi küçə təhlükəsizlik kordonu ilə əhatə olunarkən, yerli polislə yanaşı Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları da axtarışa qoşulub. Hadisə yerinə toplaşan küçə sakinləri Matarı tanımadıqlarını bildirərək, baş verənlərə heyrətlərini bildiriblər.
FTB və polis tərəfindən evdə aparılan axtarış və araşdırma axşam saatlarına qədər davam edib.
Salman Rüşdi hadisəsi ilə bağlı son məlumatlar