01 May 2024

Türkiyə İsrailə qarşı soyqırımı ilə bağlı BƏM-də qaldırılan iddiaya qatılacaq

Türkiyə Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırımı ilə bağlı qaldırdığı iddiaya qatılmaq qərarına gəlib.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, hüquqi işlər yaxın zamanda tamamlanacaq və Türkiyə Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi olaraq müraciət edəcək.

 

 

Ayətullah Şəhristani İstanbulda “Kövsər” Mədəniyyət Mərkəzini ziyarət edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İstanbulda fəaliyyət göstərən “Kövsər” Mədəniyyət Mərkəzi İraqdan yüksək səviyyəli qonağı qəbul edib.

Böyük mərcə təqlid Ayətullah Əl Üzma Sistaninin tam səlahiyyətli Ayətullah Şəhristani Türkiyə səfəri çərçivəsində EHLADER-in dəvəti ilə “Kövsər” Mədəniyyət Mərkəzini ziyarət edib.

Ziyarət münasibəti ilə təşkil edilən izdihamlı məclis Əhli-Beyt Alimi Alican Görelin Qurani-Kərim tilavəti ilə başlayıb.

Mərkəzin üç vəzifəli şəxsi rüşvətdə şübhəli sayılır

Baş Prokurorluq və Səhiyyə Nazirliyinin mayın 1-də yayılan birgə məlumatında Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin istintaqa cəlb edildiyi bildirilir. Həmin şəxslərin nümunələr götürülmədən məhsulların gigiyenik sertifikatlaşdırılması əvəzində ayrı-ayrı vətəndaşlardan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr yarandığı iddia olunur.

Bakıda tələbələr saqqala görə dərsə buraxılmayıb

Bakı Biznes Universitetində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar. Bu barədə sosial media üzərindən paylaşılan çoxsaylı videolarda tələbələr özləri məlumat verirlər.

Saqqallarına görə dərsə buraxılmadığını söyləyən tələbələr bunun nəticədə dərslərdən geri qaldıqlarını, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarını deyiblər.

"Tbilisidə etiraz aksiyası zamanı 63 nəfər saxlanılıb"

Tbilisidə polis ölkə parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı 63 nəfəri saxlayıb.

Bu barədə brifinqdə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze açıqlayıb. 

"Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və 166 və 173-cü maddələrlə polisin qanuni tələblərinə tabe olmadıqları üçün 63 nəfəri saxlayıblar", - məlumatda deyilir. 

"Bavariya" "Real"la heç-heçə etdi

Bu gün Çempionlar Liqasında yarımfinalın ilk oyunlarına start verilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, "Bavariya" "Real"ı qəbul edib. "Allyanz Arena"da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.

Qeyd edək ki, yarımfinalın digər matçı sabah oynanılacaq.

Almaniyada nümayişçilər “İslam xilafəti”nin yaradılmasına çağırıblar

Ötən həftə sonu Almaniyanın Hamburq şəhərində mindən çox insan ölkədə xilafətin qurulmasını tələb edən yürüş keçirib.

Almaniya mətbuatının verdiyi məlumata görə, islamafobiyaya qarşı səsi ucaltmaq üçün təşkil edilən nümayişdə İslam dövlətinin qurulması çağırışı edilib.

İslamda “Mərcəiyyət” prinsipi 2-ci hissə - Təqlidin tarixi

Fətva vermək və təqlid etməyin tarixi əsasən İmam Baqir (ə), xüsusilə İmam Sadiqin (ə) dövrünə təsadüf edir. Amma bu dövrdə də, ictihad tam bəsit və sadə şəkildə olmuşdur. Həmin dönəmdə ictihad və təqlidin müəyyən qədər formalaşmasına baxmayaraq, hələ mərcəiyyət bir prinsip kimi tanınmamışdır. Əlbəttə buna ehtiyac da yox idi, çünki o dövrdə mərcəiyyət öz əsil mənasında İmamlara (ə) məxsus idi. 

Almaniyanın daxili işlər naziri Fazer: Almaniyada şəriət istəyənlər yanlış yerdədir

Almaniya kansleri Olaf Scholz həftə sonu Hamburqda "İslam xilafəti" tələbi ilə nümayişçilərin keçirdiyi mitinqin "nəticələri" olacağı barədə xəbərdarlıq edib. Almaniyanın daxili işlər naziri Faiser də Almaniyada şəriət istəyənlərin yanlış yerdə olduğunu bildirib.

Hamburqda həftəsonu keçirilən nümayişin bəzi iştirakçıları əllərində şəriət qanunlarının tətbiqinə və xilafətin qurulmasına çağıran plakatlar qaldırıblar.

Apellyasiya Məhkəməsi Elvin Quliyevin cəza müddətini endirib

Aprelin 30-da Şirvan Apellyasiya Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Elvin Quliyevin şikayət ərizəsinə baxıb. İnanclı Apelliyasiya Məhkəməsinə etdiyi müraciət 2024-cü il fevralın 1-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.4-3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə çıxarılan 5 il müddətinə azadlıqdan mərhumetmə cəzasından verilən şikayət əsasında təyin olunub.