Yunanıstan “silahsız” adalarda tanklarla təlim keçir

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Türkiyə Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə qarşı quru əməliyyatına fokuslanarkən, Yunanıstan Egeydə təxribatlarını davam etdirir. Yunan ordusu 1923-cü il Lozanna Sülh Müqaviləsinə görə tərksilah vəziyyətində olan Lesbos adasında və 1947-ci il Paris Sülh Müqaviləsi ilə silahların saxlanılmaması lazım olan Rodos adasında hərbi təlimlər keçirib. Lesvosda iki gün davam edən təlimdə Kiowa və Apache hücum helikopterləri, tankerlər və artilleriya bölmələri iştirak edib. Bundan əlavə, ABŞ-ın hədiyyə etdiyi 1200 ədəd M1117 zirehli texnikasının bir qismi təlimdə iştirak edib. Türkiyənin bu adaları tərksilah etmək istəyinə baxmayaraq Yunanıstan təlimlər keçirir. Təlimdə adalarda tapılmaması lazım olan zirehli texnika və silahlardan istifadə edilir.

Rodosda keçirilən təlimdə RM 70 çoxbarelli reaktiv yaylım atəşi sistemindən istifadə edilib. Bundan başqa, təlimdə artilleriya, qırıcılar, helikopterlər və tanklar iştirak edib, həqiqi güllələr atılıb. Təlimi izləyən general-leytenant Qriqorios Bundliakis “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” şüarı ilə yola çıxdıq. Gecənin qaranlığı əməliyyatlarda mühüm rol oynayır. Ordunun hərəkətini asanlaşdırır və gündüzlə müqayisədə qəfil basqınları asanlaşdırır. Ona görə də gecə gəlsinlər, görsünlər ki, əsgərlərimiz necə döyüşürlər”-deyib.