Yəmənin baş naziri: Yəmən bu gün dünyanın mühüm nöqtəsidir

Yəmənin müvəqqəti hökumətinin baş naziri Əbdüləziz Saleh bin Həbtur Yəmənin Qırmızı dənizdə İsrail rejimə qarşı əməliyyatını hüquqi, məntiqi, əxlaqi və strateji əməliyyat kimi qiymətləndirib.

Əbdüləziz bin Həbtur: “Bu gün Yəmənin dünyada əhəmiyyətli bir rol oynadığı bildirir və biz Qəzzaya torpaqlarımızdan həmrəy olduğumuzu bildiririk.

Bab əl-Məndap Yəmənə məxsusdur və oradakı müqavimət qüvvələrinin əməliyyatları tamamilə qanuni və humanitar xarakter daşıyır” deyə bildirib.

Yəmənin baş naziri çıxışında Misir xalqının sionist rejimlə əlaqələrin normallaşmasının əleyhinə olduğunu bəyan edib.

Əbdüləziz bin Həbtur çıxışında İran İslam Respublikasını da müqavimət ölkəsi kimi xarakterizə edib.

Xatırladaq ki, sionist rejimin Qəzzə zolağına hücumları artdıqdan sonra Yəmən silahlı qüvvələri bu rejimə məxsus gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyib. Təl-Əvivə dəstəyini davam etdirən Amerika Yəmənin sionist gəmilərinə qarşı əməliyyatlarının güclənməsindən sonra Yəmən silahlı qüvvələri ilə mübarizə üçün koalisiya yaradıb.