Yəmən ikiyə bölünür: Cənubda separatçılar baş qaldırdı

Yəmənin cənub hissələrindəki qüvvələr Cənubi Yəmənin müstəqilliyi ilə bağlı separatçı addıma imza atıblar.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, belə ki, ölkənin cənub hissəsindən olan partiyalarının, hərəkatlarının, həmkarlar ittifaqlarının, mülki cəmiyyət təşkilatlarının və digər qurumların 330 nümayəndəsinin iştirakı ilə “müstəqil federativ dövlətin” qurulması qərarı qəbul edilib.

Bununla da bir zamanlar Yəmənin cənub ərazilərində mövcud olmuş Yəmən Xalq Demokratik Respublikası dövlətinin bərpası nəzərdə tutulur.