Tunisdə yəhudilərin mərasimlər keçirdikləri sinaqoqa hücum edilib

Tunisin Cerba adasındakı Ghariba sinaqoquna silahlı hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Tunis Daxili İşlər Nazirliyi hücumla bağlı verdiyi yazılı açıqlamada 5-i təhlükəsizlik qüvvələri olmaqla 3 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını və yaxınlıqdakı xəstəxanalara aparıldığını bildirib.

Hər il Avropadan və işğal olunmuş Fələstindən yüzlərlə yəhudi Afrikanın ən qədim sinaqoqu olan Ghariba sinaqoqunu ziyarət etmək üçün Tunisin cənub sahilində, bu ölkənin paytaxtından 500 kilometr aralıda yerləşən mühüm turizm kurortu Cerba adasına gəlir.

Əsasən müsəlman olan Tunis Şimali Afrikadakı ən böyük yəhudi icmalarından birinə malikdir. Yəhudilər Tunisdə Roma dövründən bəri yaşayırlar, lakin hazırda 1800 nəfərdən azdır.