Putin hərbi çağırış haqqında fərman imzalayıb

Rusiya Prezidenti Vladimir Putin 2023-cü ildə ehtiyatda olan vətəndaşların hərbi təlimlərə çağırılması haqqında fərman imzalayıb. Ehtiyatda olan vətəndaşlar Silahlı Qüvvələrdə, Milli Qvardiyanın qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidmətində təlimlərə çağırılıblar.

"İnterfaks" bildirir ki, nə qədər adamın hərbi təlimlərə çağırılacağı dəqiqləşdirilməyib. “Rusiya Federasiyası hökuməti və Rusiya Federasiyası təsis qurumlarının icra hakimiyyəti orqanları hərbi hazırlıq üçün ehtiyatda olan Rusiya Federasiyası vətəndaşlarının hərbi xidmətə çağırılması və hərbi təlimlərin keçirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər”, - sənəddə deyilir.

Aprelin 1-dən Rusiyada yaz hərbi xidmətə çağırış başlamışdı. Fərmana əsasən, qoşunlara 147 min nəfər çağırışçı göndərilməlidir. Aprelin 15-də Rusiya Baş Qərargahı yaz çağırışının planlaşdırıldığı kimi getdiyini və iyulun 15-də başa çatacağını açıqlamışdı.

Toplum TV