Prezidentin köməkçisi: Quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq

Prezidentin köməkçisi Şahmar Mövsümov quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib.

Toplum TV xəbər verir ki, mayın 10-da jurnalistlərə açıqlama verən Mövsümov xüsusi karantin rejiminin iyulun 1-dək uzadıldığını xatırladıb.

Onun sözlərinə görə, quru sərhədlərin açılması ilə bağlı məsələyə də bundan sonra baxılacaq.

Xatırlatma

Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkənin quru sərhədləri 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. 

Azərbaycan dünyada Covid-19 pandemiyası ilə əlaqədar hələ də xüsusi karantin rejimini saxlayan nadir ölkələrdən biridir.