Müşfiqə aid olduğu bildirilən məzar hasarlandı

Qaradağ rayonunun Puta qəsəbəsində şair Mikayıl Müşfiq və digər repressiya qurbanlarına aid olduğu ehtimal məzarlar hasara alınıb.

Teleqraf.com bildirir ki, sümüklər komissiya tərəfindən götürülüb.

Müayinələrdən sonra qalıqlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, M.Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.