İyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək
İyulun 1-i Bakı və Abşeron yarımadasında son 120 ilin ən isti günü müşahidə olunub.
Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu yayıb.
Bildirilir ki, havanın temperaturu 43-44 dərəcə olub. Bakının bundan əvvəlki rekord göstəricisi 2017-ci ilin avqustunda olub - 41, 6 dərəcə.
Bu gün qeyd olunan temperatur həm iyul, həm də bütün yay mövsümü üçün rekord temperaturdu.
Nazirlik bildirib ki, iyulun 2-də Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq. Ancaq iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək. İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.
Paytaxtda 120 ilin ən isti günü qeydə alınıb

Oxşar xəbərlər