Tatarıstan Respublikasının paytaxtı Qazan şəhərindəki Respublika Onkoloji Dispanserində möminlər üçün ibadət otağı istifadəyə verilib.
Moderator.az-ın Tatarıstan mediasına istinadla verdiyi xəbərə görə, ibadətxananın açılışında Tatarıstan Müsəlmanları Ruhani İdarəsininn sədri Kamil həzrət Samiqullin və xəstəxana rəhbərliyi iştirak edib. Ruhani İdarə və xeyirxah müsəlmanların təşəbbüsü ilə açılan namaz otağında eyni vaxtda 10 xəstə ibadət edə biləcək. Bundan əlavə, dini mütəxəssislər və psixoloqlar burada xəstələrlə mütəmadi olaraq gərəkli söhbətlər aparacaqlar. Təqdirəlayiqdir ki, dispanserdə pravoslav xristianlar üçün də ayrıca ibadət otağı fəaliyyət göstərir.
Açılış mərasimində çıxış edən Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin rəhbəri K.Samiqullin bildirib ki, müqəddəs Ramazan ayında belə bir xəstəxanada namaz otağının açılması burada xərçəng xəstəliyindən ağır müalicə kursları keçən xəstə dindaşlarımıza böyük hədiyyədir.
Ruhani İdarənin Dəvət bölməsinin rəhbəri Niyaz həzrət Sabirov isə öz çıxıında deyib: “Həyatın ən ağrılı anlarında və xəstəlik dövründə insanlar Allahı xatırlayır, Onun mərhəmət və yardımına sığınır, ibadətlərində Ona dua edir, Onu çağırırlar. Ancaq xəstəxanadakı xəstələrin məscidi ziyarət etmək imkanı olmur. Odur ki, xəstələrə Yaradana ibadət etmək üçün şərait yaratmaq işi çox vacibdir”.
P.S. Azərbaycan xəstəxanalarında, o cümlədən Onkoloji Mərkəzdə inanclıların ibadəti üçün şərait yaratmaq imkanı olar, görəsən?..
Respublika Onkoloji Dispanserində namaz otağı açıldı
Oxşar xəbərlər