Tbilisi Moskva ilə münasibətlərində praqmatik siyasətə üstünlük verir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Gürcüstanla Rusiya arasındakı münasibətlərdə ‘qırmızı xətlər’ ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Gürcüstan bu məsələdə bundan sonra da praqmatik siyasətə uyğun hərəkət edəcək”, – deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın əsas vəzifəsi münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaqdır.
“Biz praqmatik siyasəti həyata keçirməyə davam edirik və məqsədimiz münaqişəni dinc yolla həll etməkdir”, – deyə o qeyd edib.
Hazırda Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər mövcud deyil. Bu əlaqələr 2008-ci ilin avqust münaqişəsindən sonra Gürcüstan tərəfindən kəsilib. Həmin vaxt Moskva Abxaziyanın və Sxinvali regionunun müstəqilliyini tanıyıb.
Hazırda Rusiya ilə Gürcüstan arasında siyasi dialoq Cenevrə danışıqları çərçivəsində davam etdirilir.
Gürcüstan hakimiyyəti bəyan edir ki, Moskva müstəqilliyin tanınması ilə bağlı qərarını geri götürməyincə Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil. Bununla yanaşı, Gürcüstan Rusiya ilə sıx ticarət əlaqələrini və iki ölkə xalqları arasındakı münasibətləri qoruyub saxlayır. Hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı səfərlər zamanı vizasız rejim qüvvədədir.
“Gürcüstan Rusiya ilə münasibətlərdə…”