Ayətullah Məkarim Şirazi İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ilə görüşündə İslam dünyasını narahat edən aktual məsələlərə, xüsusilə Hacc ziyarəti zamanı tətbiq olunan məhdudiyyətlərə toxunub.
Böyük təqlid müctəhidi Ayətullah Nasir Məkarim Şirazi iranlı zəvvarlar üçün yaradılan çətinlikləri qeyd edərək, Səudiyyə Ərəbistanı ilə danışıqların intensivləşdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Səudiyyə tərəfi ilə aparılan müzakirələrdə müharibə və siyasi gərginliklərin Hacc ibadətinə təsir etməməsi təmin olunmalıdır.
“Hacc müstəqil bir mövzudur və müharibə məsələləri ilə əlaqələndirilməməlidir,” – deyə o əlavə edib.
Görüş zamanı dövlət idarəçiliyində xalqın dəstəyinin əhəmiyyəti xüsusi qeyd olunub. Ayətullah Şirazinin fikrincə, ölkənin təhlükəsizliyinin əsas zəmanəti xalqın meydanlarda olmasıdır. O, rəsmiləri xalqın qayğılarına həssaslıqla yanaşmağa və mövcud problemlərin həlli üçün əməli addımlar atmağa çağırıb.
Xarici siyasət məsələlərinə toxunan mərcəi təqlid, xüsusilə qonşu dövlətlərlə əlaqələrin gücləndirilməsinin zəruriliyini bildirib. O, həmçinin Silahlı Qüvvələrin Hörmüz boğazındakı strateji varlığını yüksək qiymətləndirərək, bu qüdrətin düşmən planlarını pozacağını qeyd edib.
Cəmiyyətdəki bir çox problemin mədəni islahatlar yolu ilə həll oluna biləcəyini deyən Ayətullah Məkarim Şirazi, təhsil müəssisələrinin və medianın bu sahədə daha aktiv rol oynamasının vacibliyini vurğulayıb. Eyni zamanda, ölkədəki xeyriyyəçilik potensialının sosial problemlərin həllində mühüm bir dayaq olduğu qeyd edilib.
Sonda Ayətullah Məkarim Şirazi prezident və hökumətin ölkə problemlərinin həllində uğur qazanacağına ümid etdiyini ifadə edib və bütün namazlarında İslam düşmənləri üzərində qələbə üçün dua etdiyini bildirib. O, zalım müharibənin İlahi yardım ilə tezliklə sona çatacağına ümidvar olduğunu qeyd edib.
Qeyd edək ki, görüş zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçinin salamını çatdıraraq xarici siyasətdəki son proseslər barədə məlumat verib.
Ayətullah Məkarim Şirazi İran XİN sözcüsünə tövsiyələr verib