Həyat hekayəsini dinlədikcə insanın nə qədər çətinliklərə, zülm və işgəncələrə dözüm göstərə bilməsi insanda təəccüb yaratmaya bilmir. Bütün fiziki işgəncələrlə yanaşı ailəsini, övladlarını görmədən doqquz il bağlı qapılar arxasında yaşadığı acı isə sözlə ifadə olunan deyil.
Bəhrəm Feyzi Həsən oğlu əslən İran Azərbaycanlısıdır. İranın Culfa şəhərində dünyaya gəlib. Ali təhsilli idman müəllimidir. İki uşaq atasıdır və 2013-cü ildən həbsdədir. Bu həbs həyatı və orada yaşananlarla isə onun bizə ünvanladığı məktubun səhifələrində tanış oldum. Sizi də bu qərib ürəyin qan dolu nisginli qəlbin hüzün dolu məktubu ilə tanış etmək istəyirəm.
“ Adım Bəhramdır. Əslən İranın Culfa şəhərindən olsam da, lakin Azərbaycanlıyam. 2005-ci ildən Bakı şəhəri Keşlə qəsəbəsində yaşayıram. Kiçik sahibkarlıqla halal ruzi qazanıb ailəmi dolandırmışam. 2010-cu ildən inanclılarla yaxın ünsiyyət qurmuşam. Məscidlərdə, şadlıq evlərində keçirilən dini bayram və matəmlərdə iştirak etmişəm. Aşura məclislərinin fəalları sırasında yer almaq mənim qürur yerim olub.
Eyni halda 2010-cu ildən ölkədə baş qaldıran “hicab qadağası” və Avroviziyada eynicinslərin yürüşünün Azərbaycanda keçiriləcəyi fikirlərə mən də bir çox vətəndaşlarımız kimi dinc etirazımı bildirmişəm.
Mənim həyat hekayəm dini inancımla bərabər işimlə də təsirlənib. Qeyd etdiyim kimi kiçik sahibkarlıq işi ilə fəaliyyətim 2012-ci ilə qədər sürüb. 2012-ci ildə işdə yeniləşdirmə, müəyyən texnoloji yeniliklər maddi ehtiyac səbəbindən işimdə büdrəmələrə gətirib çıxardı. Qısa müddətə iflasa uğradım. Qərara gəldim ki, çətinlikləri aradan qaldırmaq üçün İrana, Culfaya qayıdım. Burada qohumların yardımı ilə ayağa qalxacağıma ümid etdim.
2012-ci ilin payızında ailə və övladlarımla birlikdə İrana köçdüm. Burada xırda sahibkarlıq işlərinə start verdim. İşimiz yeni yoluna düşmüşdü ki, həyat yoldaşım ailəsini ziyarət etmək üçün Azərbaycana səfərə gəlmək istəyini bildirdi. Razılaşdıq. Novruz ərəfəsi, 2013-cü ilin 23-martnda Azərbaycana gəldik. Dörd gün burada qaldıqdan sonra martın 27-də yenidən İrana qayıtmaq qərarına gəldik.
Astara gömrük məntəqəsində keçid zamanı saxlanıldım və Milli Təhlükəsizlik Nazirliyinə (indiki Dövlət Təhlükəsizlik İdarəsinə) gətirildim. Öncədən hazırlanılmış istintaq prossesini, işgəncə və mənəvi, həmçinin ailə-uşaqlarımı DTX-ya gətiriləcəyi təzyiqinə razı olmadığım üçün istədiklərinə qol çəkdim.
Dinc şəkildə etirazlarımıza, çox qərəzli qarşılıq verməklə məni 6-ay 15-gün MTN təcridxanasında güclü mənəvi təzyiqlər altında saxlanıldım. Həyat yoldaşım bu müddətdə atasının evində ev dustağı kimi saxlanıldı və məni məcbur şəkildə İsrail səfirliyinin qarşısında onların silahları ilə görüntüyə alınaraq güya mən səfirliyə terror etməyi planlaşdırmışam kimi barəmdə terrorçuluq maddəsi ilə cinayət işi açıldı.
Şərlənməyi qəbul etmədən özümə qəsd etmək istədim - xlor içib intihara əl atdım, damarlarımı kəsdim. Ciddi cəhdlə məni ölümdən xilas etdilər və bundan sonra üzərimdə nəzarət gücləndi. Gücüm aclıq aksiyasına çatdı. 27-gün aclıq edərək yalan və böhtan dolu maddələrlə ittihamıma etiraz edib hər bir orqana ərizə şəklində müraciətlər yazdım və əlbəttə ki, göndərilməsi yasaqlandı.
Bu prossesdə yalnız 1 saylı İstintaq Təcridxanasında aclıq aksiyası ilə ailəmin ölkədən çıxmasına qoyulan qadağanın aradan qaldırılmasına nail ola bildim.
Qobustan həbsxanasında saxlanılarkən çox güclü fiziki işgəncələr nəticəsində səhhətimdə problemlər yarandı. 5 il burada, ciddi-qapalı müəssisədən sonra 12 saylı zona köçürüldüm. Burada insani yaşayışa, illərdir işgəncələrdən sonra az da olsa dincələcəyimə ümid edərkən eyni işgəncələr yaşamalı oldum. Və bir neçə ay bu müəssisə daxilində qaldıqdan sonra Qobustana qaytarıldım.
Burada 2 il 6 aydan qaldıqdan sonda Tub zona göndərildim və təəssüf ki, orada da eyni işgəncələr yaşadım. Tub Zondan sonrakı yerim 7 saylı cəzaçəkmə müəssisəsi oldu. Eyni fiziki təzyiq, 2 ay karserə aparıb ölümcül döyüldüm.
Hər dəfə işgəncələr görəndə yadıma MTN-də mənə bildirilən sözlər düşür: "Hətta srokun bitəndən sonra da səni hansı bir formada şər və böhtanla saxlayacağıq".
1 il 3 ay karsda saxlandıqdan sonra, Umbakıya göndərilmişəm. Bu prossesdə məni üzən bir acı, ailə və övladlarımı 2017-ci ilin oktyabrından görməməmdir...
Hələ də həbsdəyəm, ölülər kimi... Nə səsim kiməsə yetmir, nə də işgəncədən ağrılarım azalmır. Ürəyimdə həsrət və nisgin acısı ilə...”
Bəhram 14 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
9 ildir ailəsi, uşaqlarının üzünü görməyən məhbus – Bəhrəm