İmam Əli (ə) və İmam Hüseyn (ə) Ziyarətgahlarında böyük mərcə Ayətullah Seyid Sistaninin göstərişlərinə əsasən İran və Livan xalqına dəstək üçün yardımlar toplanmağa başlayıb.
Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi Müqəddəs Hüseyn (ə) Astanasını bu insani çağırışa cavab verməkdə nümunə olmağa çağırıb. O, İmam Hüseyn (ə) xidmətçilərini və möminləri zərərçəkənlərə dəstək olmaq, Livan və İran xalqlarının əzablarını yüngülləşdirmək üçün imkan daxilində iştirak etməyə səsləyib. Bu çağırış Müqəddəs Hüseyn (ə) Ziyarətgahının baş katibi Həsən Rəşid Cavad əl-Abayçinin, idarə heyəti üzvlərinin və bir qrup şöbə rəislərinin iştirakı ilə “Təşrifat” zalında keçirilən iclas zamanı səsləndirilib.
Ali Dini Mərcəiyyətin nümayəndəsi bildirib ki, “Bayram namazının xütbəsində qeyd olunduğu kimi, iman həm də əməl və yardımlaşmadır”.
O qeyd edib ki, “hazırkı şərait və böhranların, əzabların artması Livan və İran xalqlarından olan zərərçəkənlərə yardım və kömək göstərməyi həm şəri, həm də insani vəzifəyə çevirir”.
Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi izah edib ki, “Müqəddəs Hüseyn (ə) Astanası genişmiqyaslı yardım kampaniyası hazırlamaqla bu vəzifəni yerinə yetirməyə təşəbbüs göstərib”.
Onun sözlərinə görə ilk yardım karvanı yaxın günlərdə yola düşəcək və bura yardım yüklü təxminən 20 yük maşını daxildir. Yardımların tərkibinə təcili tibbi yardım maşınları, texnikalar, tibbi cihaz və avadanlıqlarla yanaşı, digər növ yardımlar da daxildir.
“Kampaniyaya hazırlıqlar bir neçə gün öncədən başlayıb, böyük səylər göstərilib və zərərçəkənlərin əsas ehtiyaclarını təmin etmək üçün 2-3 milyard İraq dinarı (1.5 milyon – 2.3 milyon dollar) məbləğində vəsait ayrılıb”, -deyə Şeyx Kərbəlayi əlavə edib.
İmam Əli (ə) və İmam Hüseyn (ə) Ziyarətgahlarında İran və Livana yardım kampaniyası