İmam Hüseyn (ə) ziyarətgahının 80 metrlik yeni minarəsi inşa ediləcək

İmam Hüseyn (ə) Ziyarətgahının inkişaf layihələri bölməsi hərəmin genişləndirilməsi çərçivəsində yeni bir minarənin tikiləcəyini elan edib.

Məlumata görə,  yaxın vaxtlarda İmam Hüseyn (ə) Ziyarətgahının  həyətinin ətrafında yeni bir minarənin tikintisinə başlanılacaq.

Qeyd olunur ki, minarənin hündürlüyü 80 metr olacaq və mübarək hərəmi ziyarət edən zəvvarlar üçün istiqamət göstəricisi və rəmzi nişanə rolunu oynayacaq, minarə islam memarlıq üslubuna uyğun və Hüseyni şərəfli həyətinin layihələri ilə uzlaşdırılmış şəkildə tikiləcək.

Digər məlumata görə, Beynəl-hərəmeyn bölgəsində genişləndirmə işləri tezliklə başlayacaq və layihənin icrası növbəti altı ay ərzində başa çatdırılacaq.

Lakin bu inşa işləri  zəvvarların hərəkətinə təsir göstərməyəcək, çünki bütün genişləndirmə tədbirləri iki yeraltı sərdab çərçivəsində həyata keçiriləcək.