İsrail Tripoliyə zərbə endirib, ölənlər var

İsrail ordusunun Livanın Tripoli şəhərində HAMAS-ın yüksək rütbəli üzvünün avtomobilinə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Tripolinin əl-İruniya bölgəsində baş verən hücum nəticəsində azı 2 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb. Hadisənin hədəfi HƏMAS-ın yüksək vəzifəli üzvünün minik avtomobili olub.