Bəhreyn şiələrinin lideri, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabının rəhbəri Ayətullahül-üzma Seyyid Əli Xameneiyə qarşı təhqir və təhdidlərini kəskin şəkildə pisləyib və bu ali şəxsiyyətə edilən hücumu bütün İslam ümmətinə və onun müqəddəslərinə təhqir adlandırıb.
Bəhreynin mərcəyi-təqlidlərindən və şiə liderlərindən Şeyx İsa Əhməd Qasım verdiyi bəyanatda Ayətullah Xameneini Quranın uca simvolu və bu dövrdə nadir bir rəhbər kimi təsvir edərək bildirib ki, onun böyük təbliğat mövqeyi və İslam ümmətinə güc verən rolu, Qurana səmimi bağlılığının və ali şəxsiyyətinin müqəddəsliyinin, eləcə də İslamın qüdrətinə ixlasından qaynaqlanır.
Bəhreyn şiələrinin lideri əlavə edib: Onu (Ayətullah Xameneini) istənilən təhqiredici ifadəyə və ya hər hansı bir təhdidə məruz qoymaq bütün İslam ümmətinə, müqəddəslərə və onun fiqh mövqeyinə təhqirdir.
O, həmçinin qeyd edib ki, Trampın bu uca mövqeyə qarşı təhqir və təhdidi cahilcə, axmaqcasına və məsələlərin və nəticələrinin düzgün qiymətləndirilməməsindən irəli gəlir. O vurğulayıb ki, bu, bütün İslam ümmətinə və bütün müqəddəs dəyərlərimizə qarşı təhdid və təhqirdir və bu da İslam ümmətinin çiyninə böyük məsuliyyət qoyur.
Şeyx İsa Qasım: Ayətullah Xameneiyə təhdid bütün İslam ümmətinə təhqirdir