Azərbaycan bu il 72 mln. dollarlıq neft məhsulları ixrac edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 71 931,93 min ABŞ dolları dəyərində 160 385,87 ton neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 39,3%, həcmi isə 10,9% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 334 918,14 min ABŞ dolları dəyərində 537 628,46 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin göstəricisi ilə müqayisədə 41,5%, həcmi isə 41,9% azalıb.