İraqın “İslami Müqavimət Hərəkatı” Eylat şəhərinə PUA hücumu həyata keçirib

İraqdakə “İslami Müqavimət Hərəkatı” qruplaşması İsrailin Qırmızı dəniz sahilində yerləşən Eylat şəhərinin cənubuna PUA-larla zərbə endirib.

Bu barədə qrupun “Telegram” kanalında dərc olunan bəyanatda deyilir.

“İşğala qarşı müqavimət yolunu davam etdirərək, Fələstində və Livanda xalqımızın dəstəyi, həmçinin qəsbkar qurumun mülki əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdiyi qırğınlara cavab olaraq, İraqdakı İslam Müqavimətinin döyüşçüləri bu gün işğal altındakı ərazilərimizdəki Umm ər-Rəşraşda (İsrailin Eylat şəhəri) mühüm hədəfə PUA-larla hücum ediblər", - deyə bəyanatda bildirilir.

Hərəkat həmçinin İsraildəki mühüm obyektlərin məhv edilməsi əməliyyatlarının artan templə davam etdiyini bildirib.