ABŞ-da məhkəmə binasında partlayış

ABŞ-ın Kaliforniya ştatındakı Santa Maria məhkəməsində partlayış baş verib. Partlayışdan sonra ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumatın olmadığı açıqlanıb.

ABŞ-ın Kaliforniya ştatı Santa Maria Məhkəməsində partlayışın baş verdiyini təsdiqləyib. Bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında Santa Maria ədliyyə binasında partlayış baş verib.

Hadisəni görən şahidlər bir nəfərin ədliyyə binasına girərək bel çantası atdığını, ardınca isə partlayış baş verdiyini bildiriblər. Polisin bir nəfəri saxladığı bildirilsə də, partlayışda ölən və yaralananlar barədə hələlik məlumat verilmir.