Qərbin Cənubi Qafqaza girməsinə yol veməyək: Şoyqu Bakıya bu mesajla gəlmişdi

TASS xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Bakıya işgüzar səfəri zamanı Qərbin Cənubi Qafqazda təhlükəsizliyin yaradılması prosesinə müdaxilə cəhdlərini müzakirə edib.

Şoyqu Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramil Usubov və prezident İlham Əliyevlə danışıqlar aparıb.

"Məsələlərin ən geniş spektri müzakirə olunub. İlk növbədə, bu, Cənubi Qafqazda təhlükəsizlikdir. Ermənistanla sülh sazişidir, onun 10-cu redaksiyası İrəvana verilib. Və təbii ki, Qərbin bu prosesə çox fəal müdaxilə etmək cəhdləridir”, - Şoyqu jurnalistlərə bildirib.

“Əlbəttə ki, İlham Əliyevin “3+3” formatında danışıqlar ideyasıdır (Azərbaycan+Ermənistan+Gürcüstan+Rusiya+Türkiyə+İran). Biz bunu dəstəkləyirik və bu mövzunu da müzakirə etdik”.

Şoyqunun sözlərinə görə, bu formatdan təkcə Ermənistan-Azərbaycan nizamlanması üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün istifadə edilməlidir.

Beləliklə, müzakirə olunan bütün mövzular Qərbin iştirakı olmadan bütün regional məsələlərin həllinə yönəlib. Bakıdakı müzakirələrin məzmunu Şoyqunun Ermənistana niyə getməməsi və Ermənistan-Azərbaycan nizamlanması məsələsini İrəvanda niyə müzakirə etməməsi sualına cavabdır. Orada bütün məsələləri Rusiya ilə yox, Qərblə həll etməyə üstünlük verirlər.

 

Turan.az