HƏMAS bəyan edib ki, İsrailin Paris 2024 Olimpiya Oyunlarında iştirakı çərçivəsində Fransanın paytaxtı Parisdə bir nəfərin ölümcül hücumla hədələnməsi ilə bağlı sosial mediada yayılan görüntülər sionist İsrailin uydurmasıdır.
HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk verdiyi yazılı açıqlamada, "İsrailə bağlı hesablar, Olimpiya Oyunlarına qatılacaq işğalçılara ölüm təhdidlərinin yer aldığı və Fələstin müqavimətinə aid edilən saxta video yayımladı" deyib.
Bu görüntülərin qatil İsrailin Fələstin müqavimətinin imicini ləkələmək üçün apardığı təbliğatın bir parçası olduğuna diqqət çəkən Rişk, Qəzza zolağında soyqırım müharibəsi aparan İsrailə hər sahədə boykot çağırışlarının edilməsi lazım olduğunu vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə üzünü Fələstin keffiyesi və köynəyində Fələstin bayrağı ilə bağlayan şəxsin görüntüləri sosial mediada yayılmağa başlayıb. Şəxs videoda deyir: "Sionist rejimə (İsrail) qarşı mübarizəmiz davam edir. Fransa xalqı və prezident (Emmanuel) Makron! Siz sionist rejimi Fələstin xalqına qarşı cinayətkar müharibəsində dəstəklədiniz. Sionistləri Olimpiya Oyunlarına dəvət etdiniz və bunun əvəzini ödəyəcəksiniz. Sən etdiklərinə görə Parisin küçələrində qan çayları axacaq”.
Həmin şəxs oyuncağın qanlı kəsilmiş başını yuxarı qaldıraraq videonu bitirib. HƏMAS məhz həmən videonun saxta olduğunu bildirərək videonun İsrail tərəfindən hazırlandığını bildirib.
Bu video İsrailin iyulun 26-da Fransanın ev sahibliyi edəcəyi Paris 2024 Olimpiya Oyunlarına qatılacağını açıqladıqdan sonra yayımlanıb.
HƏMAS Paris Olimpiadası ilə bağlı ölümlə hədələnən videonu təkzib etdi