Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 2 520 145.37 min ABŞ dolları dəyərində 3 947 343.52 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 903 392.92 min dollar dəyərində 1 444 917.71 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-aprel aylarında bu ölkəyə 567 774.74 min dollar 891 896.27 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 20 ölkəyə 6 258 631.31 min dollarlıq 9 869 672.49 ton neft ixrac edib.

 

 

Ölkələr

Miqdar (ton)

Statistik

dəyər ($, min)

Cəmi

9 869 672.49

6 258 631.31

1.

İtaliya

3 947 343.52

2 520 145.37

2.

İsrail

1 444 917.71

903 392.92

3.

Hindistan

891 896.27

567 774.74

4.

Çerxiya

535 293.39

348 419.52

5.

Almaniya

440 731.51

293 886.91

6.

Xorvatiya

418 510.98

274 260.67

7.

Portuqaliya

349 833.85

225 407.22

8.

Rumıniya

344 418.52

212 236.45

9.

Tailand

327 013.52

203 153.46

10.

Tunis

256 640.09

163 897.06

11.

Yunanıstan

228 237.47

144 806.06

12.

Türkiyə

165 886.19

90 862.25

13.

Polşa

90 150.50

57 363.56

14.

Fransa

89 712.83

57 085.07

15.

Niderland

89 955.02

57 024.78

16.

İndoneziya

86 721.65

52 551.84

17.

İspaniya

76 534.64

39 881.49

18.

Böyük Britaniya

53 422.79

28 531.46

19.

Serbiya

31 558.85

17 516.40

 

 

 

 

20.

Özbәkistan

893.20

434.09

 

Mənbə APA