Əl-Əzhər Fələstin xalqının öz torpaqlarında qalması şərti ilə Qəzzə zolağının yenidən qurulmasında Misir və ərəb ölkələrinin mövqeyini dəstəkləməyə, Qəzzaya hücumların dayandırılması üçün maksimum təzyiq göstərməyə və xalqların vətəninə qarşı edilən bəyanatların məsuliyyətinin dünya ictimaiyyətinə açıqlanmasına çağırıb.
“Heç kimin Fələstin xalqını həyata keçirilməsi mümkün olmayan təklifləri qəbul etməyə məcbur etməyə haqqı yoxdur. Bütün dünya fələstinlilərin öz torpaqlarında yaşamaq hüququna hörmət etməli və paytaxtı Qüds olan müstəqil dövlət qurmalıdır”.
Əl-Əzhər həmçinin ərəb və müsəlman ölkələrinin liderlərini dünyanın bütün azad və ədalət axtaran insanları və xalqlarını zorla köçürmə planlarına qarşı çıxmağa çağırıb. O, dünyadakı bütün dini qurumları Fələstində məzlumların müdafiəsində dinin səsi olmağa çağırıb.
Xatırladaq ki,ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə İordaniya Kralı II Abdullah ilə görüşdən sonra deyib: "Fələstin xalqı təhlükəsizlik şəraitində yaşayacaq, lakin mən bilirəm ki, biz Qəzza zolağından başqa yerdə həll tapa bilərik".
İsrailin İordan çayının qərb sahilini ilhaq edib-etməyəcəyi ilə bağlı suala Tramp “Bunun uğurlu olacağına inanıram” deyib.
"Biz Qəzza zolağını çox yaxşı idarə edəcəyik, lakin onu almayacağıq" deyə bildirib.
Əl-Əzhər: “Beynəlxalq ictimaiyyətin məzlumlara kömək etməməsi dünyanı əsl cəngəlliyə çevirəcək”