İsmayıl Haniyənin yerinə Yəhya Sinvar HAMAS Siyasi Bürosunun rəhbəri seçilib

HAMAS-ın siyasi qanadının yeni rəhbəri məlum olub.

Operativtv.com APA-ya istnadən xəbər verir ki, iyulun 31-də Tehranda iqamətgahına endirilən raket zərbəsi nəticəsində öldürülən İsmayıl Haniyənin yerinə Yəhya Sinvar HAMAS Siyasi Bürosunun rəhbəri seçilib.

“Times of Israel” qəzetinin Yaxın Şərq məsələləri üzrə analitiki Avi İsxarov Sinvarın seçilməsini şərh edərkən, “HAMAS ona rəhbərlik etmək üçün ən təhlükəli şəxsi seçdi” deyib.

Başına 400 000 dollar mükafat qoymasına baxmayaraq, İsrail hələ də onu tuta və ya öldürə bilməyib. Sinvarın liderlik tərzinin Haniyənin diplomatik yanaşmasından fərqli olaraq daha aqressiv və barışmaz olduğu sirr deyil.