HƏMAS-ın atdığı raket İsrailin nüvə raketlərinin yerləşdiyi bazaya düşüb

Bazanın görüntülərini araşdıran Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen döyüş başlıqlarının böyük ehtimalla bazadan ayrı bir yerdə saxlandığını və buna görə də hücum zamanı təhlükə altında olmadığını müdafiə edib.

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı atılan raketin nüvə raketlərinin yerləşdiyi bazaya düşdüyü və yanğına səbəb olduğu iddia edilib.

ABŞ-ın “New York Times” qəzeti oktyabrın 7-də Həmas-ın İsrailə hücumu zamanı nüvə raketlərinin olduğu güman edilən bazanın vurulduğunu iddia edən xəbər yayıb.

Oktyabrın 7-dən əvvəl və sonra İsrailin mərkəzi hissəsində yerləşən hava bazasının peykdən çəkilmiş görüntülərini araşdıran qəzet, bazanın vurulduğunu iddia edib.

Xəbərdə raketin bazadakı raket anbarlarına dəymədiyi, oraya yaxınlaşan yanğına səbəb olduğu bildirilib.

Amerika Alimləri Federasiyasının Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen, vurulan aviabazada "çox güman ki, 25-50 nüvə başlığı daşıya bilən Jericho raket buraxılış qurğusunun olduğunu" təxmin etdiyini söyləyib.

Bazanın görüntülərini araşdıran Kristensen döyüş başlıqlarının böyük ehtimalla bazadan ayrı bir yerdə saxlandığını və bu səbəbdən hücum zamanı təhlükə altında olmadığını müdafiə edib.

Təl-Əviv hökuməti heç vaxt nüvə silahının mövcudluğunu etiraf etməyib. Bununla belə, bəzi İsrail mənbələri, ABŞ rəsmiləri və peyk görüntüləri üzrə analitiklər ölkənin az sayda nüvə silahına malik olduğunu bildirirlər.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi hücumda yüzlərlə raket atılıb və eyni anda yerdən silahlı infiltrasiya həyata keçirilib.

 

Euronews