Fidan HƏMAS lideri Haniyə ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

Türkiyə-Fars Körfəzi Əməkdaşlıq Şurası 8 illik fasilədən sonra Qətərin paytaxtı Dohada toplanır. Xarici işlər naziri Hakan Fidan görüşdə iştirak etmək üçün Dohaya gedib.

Regional və qlobal məsələlərin müzakirə olunacağı görüşdən əvvəl Fidan Qətərin paytaxtı Dohada Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə görüşüb.

Görüşdə Qəzzada son vəziyyət müzakirə olunub.