27 June 2026

"Ukraynaya məxsus iki MiQ-29 məhv edilib" - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi Nikolayev vilayətində yerləşən aerodroma endirilən zərbə nəticəsində Ukraynaya məxsus iki MiQ-29 qırıcı təyyarəsinin məhv edildiyini bildirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin iddiasına görə, zərbə nəticəsində Nikolayev vilayətindəki hərbi aerodromda yerləşən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 qırıcı təyyarəsi sıradan çıxarılıb.

Bir tərəfimiz Kərbəla, bir tərəfimiz Qəzza!

Qəlblərimizin bir tərəfi Kərbəla, bir tərəfi Qəzzə, bir tərəfi isə kədərlə dolu matəm evidir...

21-ci əsrdə demək olar ki, hər yer Kərbəlaya çevrilib, hər gün bizim üçün Aşura... Tarixdən bu günə qədər gözlərimiz saysız-hesabsız yeni Kərbəlalara şahid olub. Həmişə Hüseynin tərəfində duranlar məzlumlar, Yezidin tərəfində duranlar isə zalımlar idi.

Şeyx Naim Qasim: İsrail bölgəni rüsvayçılıqla tərk edəcək

Hizbullahın baş katibi Şeyx Naim Qasim İsraillə normallaşmanı qəti şəkildə rədd, Livanın tam suverenliyi üçün şərt kimi qeyd-şərtsiz geri çəkilmə tələb edib və müqavimət oxunun regional gücünü vurğulayıb.

Hizbullahın baş katibi Şeyx Naim Qasim İsraillə normallaşma və düşmənçiliyə son qoymaq yolunu rədd edərək işğalçı qurumun Livan ərazisindən geri çəkilməli olduğunu vurğulayıb.

SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb

SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb

İran Vaşinqtonun hücumlarından sonra ABŞ hərbi bazalarına qarşı cavab zərbələri endirib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

"Təcavüzə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri ABŞ terrorçu ordusunun bölgədəki bazalarına zərbələr endirib", - məlumatda deyilir.