Pakistanda bombalı hücum

Pakistanın cənub-qərbində qatarda törədilən partlayış nəticəsində 13 nəfər yaralanıb.

 Pakistan Dəmir Yollarının media departamentinin rəsmisi bildirib ki, Məstunq rayonunda Daşt bölgəsi yaxınlığında baş verən partlayış Cəfər Ekspress-in üç kupesinin relsdən çıxmasına səbəb olub.

“Yolun yaxınlığında bomba qoyulub və qatar keçən kimi partladılıb”, - deyə rəsmi bildirib.

Kvettadakı Tibbi Təcili Müdaxilə Mərkəzi 1122 Nəzarət Otağı, qruplarının qadınların da olduğu 12 yaralı sərnişini hadisə yerində müalicə etdiyini və bir yaralının Kvetta Birləşmiş Hərbi Xəstəxanasına aparıldığını bildirib.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alaraq axtarış əməliyyatına başlayıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.