Gürcüstanın müxtəlif bölgələrindən dövlət rəsmiləri, din xadimləri, diplomatik korpus nümayəndələri və ictimaiyyətin iştirakı ilə əsaslı təmirdən sonra Msxetanın Msxaldidi kəndinin “Babul Həvaic” məscidinin açılış mərasimi keçirilib.
Mərasim Qurani-Kərim tilavəti ilə başlayıb. Mübarək ayələri Hacı Rahid Kərimov oxuyub. Ardınca tədbirin aparıcısı İsak Novruzov qonaqları salamlayıb.
Məscidin axundu Hüseyn Şahverdov çıxış edərək qonaqları salamlayıb və bərpa prosesi barədə məlumat verib.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev geniş çıxış edərək bildirib ki, məscidlərin bərpası Gürcüstanda dini dəyərlərə, multikultural ənənələrə və tolerantlıq mühitinə göstərilən diqqətin bariz nümunəsidir. Şeyx vurğulayıb ki, məscidlər yalnız ibadət yeri deyil, həm də gənc nəslin sağlam dini tərbiyəsində, vətənpərvərlik ruhunda formalaşmasında və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır.
Mərasimdə həmçinin müfti Etibar Eminov, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin Din üzrə Strateji Araşdırmalar, Təhlil və Regional Xidmətinin rəhbəri Nino Çavçavadze, Azərbaycan səfirliyindən Cavid Maharramov, İran səfirliyindən Dr. Ali Qurbani, Türkiyə səfirliyinin dini müşaviri Mahmud Göl, iş adamı Əlixan Quliyev, din xadimləri Hacı Ramin İgidov və Hacı Yasin Əliyev, kənd nümayəndəsi Sabir Allahverdov, Ağsaqqallar Şurasının sədr müavini Hacı Mayak Nemətov çıxış ediblər.
Tədbirdə iştirak edənlər arasında həmçinin Qərbi Gürcüstan müftisinin Tbilisi nümayəndəsi Hacı İaqo Beridze, din xadimləri Hacı Namiq Hüseynov, Hacı Niyazi Əmirxanov, Hacı İfrət Əhmədov, Hacı Hümbət Quliyev, Hacı Şirxan Çobanov və digərləri olub.
Tədbirin birinci hissəsinin sonunda ölkəyə və bütün dünyaya sülh və əmin-amanlıq arzulanıb.
Tədbirin ikinci hissəsində ehsan süfrəsi təşkil olunub.
“Babul Həvaic” məscidinin açılış mərasimi keçirilib