"AbzasMedia işi" üzrə həbsdə olan jurnalistlər barələrində hökm olmasına baxmayaraq, hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyiblər.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin yekun iclasından sonra jurnalistlərin barələrində başqa təcridxanaya köçürülməklə bağlı xüsusi qeyd olmayıb. Amma jurnalistlərin özlərinə və yaxınlarına öncədən məlumat vermədən onların iyunun 26-da Umbakı qəsəbəsində yerləşən təcridxanaya köçürüblər.
Müdafiə tərəfi Penitensiar Xidmətin bu addımını qanunsuz sayır.
Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksin isə bir sıra məhdudiyyətlə diqqət çəkdiyi bildirilir.
Jurnalistlər vurğulayırlar ki, Umbakı qəsəbəsində yerləşən penitensiar kompleks Bakı İstintaq Təcridxanasına nisbətən uzaqdır və ailələrlə görüşdə müəyyən məhdudiyyətlər var.
Həmin iş üzrə həbs edilənlərdən AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə vurğulayıb ki, bu müəssisə uzaq olduğundan gediş-gəliş həm ailələr, həm vəkillər üçün çətindir. Bununla yanaşı, canlı görüş imkanı yoxdur, ailə görüşləri yalnız şüşə arxasından mümkün olur. Yəni artıq 3 aydan çoxdur ki, bu məhdudiyyətlər davam edir. “Umbakı təcridxanasında haqqında hökm olan məhbusların əksəriyyəti hökm aldıqları həftənin şənbə günləri cəzaçəkmə müəssisələrinə köçürülür, 'AbzasMedia işi' üzrə həbs edilənlərin isə haqlarında 12 sentyabrda Apelyasiya Məhkəməsinin yekun qərarı olmasına baxmayaraq heç kim köçürülməyib", – deyə o vurğulayıb.
Hələlik, məsələyə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Umbakı həbsxanası və ya rəsmi olaraq Umbakı Penitensiar Kompleksi-Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzindən 70 kilometr aralı Qaradağ rayonunda yerləşir.
- "AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdəki 7 jurnalistə iyunun 20-də hökm oxunub. Sentyabrın 9-da onların şikayəti ilə bağlı apelyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb. Nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
- Jurnalistlər valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Onlar ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.
- "AbzasMedia" işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında ümumilikdə 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə, siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
- Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var.Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi motivlərlə həbs edilmir.
'AbzasMedia işi' üzrə həbs edilən jurnalistləri hələ də Umbakıdan köçürməyiblər